Səmimiyyət anlayışı və “Perfetti Sconodciuti” filmi

honestyBu gün izlədiyim “Perfetti Sconodciuti” (Perfect Strangers) filmi, bir də üzərinə oxumaqda olduğum Dosteyevskinin “Qumarbaz” kitabında qarşıma çıxan səmimiyyətindən qorxursan fikri bu yazının təkan vericiləridir. Beynimdə yaranan xaosu sizlərlə də paylaşmaq istəyirəm bu da qısaca yazının davamına ön söz olsun 😀 Continue reading “Səmimiyyət anlayışı və “Perfetti Sconodciuti” filmi”

Advertisements

La casa de papel

lacasadepapel1.jpgLa casa de papel – haqqında danışacağım bu serial uzun zamandan sonra bütün gecəni oyaq qalaraq 2 gün içində izlədiyim çox möhtəşəm yaradıcılıq nümunəsidir. Musiqiləri, rəng seçimləri və ideyası ilə hər an səni həyacanda saxlayan, bütününlə reallıqdan ayıran amma həyata dair əsl həqiqətərin mesajın verə bilən bir ekran əsəridir.  Continue reading “La casa de papel”

Coco / 3D animasiya filmi

Coco posterBu gün sizlərlə “Coco” adlı animasiya filmi haqqında fikirlərimi paylaşacam. Qısa olaraq, Coco animasiya filmində əsas sujet Miguelin ayaqqabıçılıq peşəsinin ustası olan ailəsinin qadağasına baxmayaraq hardan gəldiyini bilm’diyi istedadı və sevgisi ilə musiqiçi olmaq istəməsi və hadisələrin gedişində özünü ölülər şəhərində tapmasıdır. Burda o ağlına belə gətirməyəcəyi macəralar yaşayacaq, öyrənəcəyi yeni sirr və həqiqətlər olacaq  və də yerinə yetirməsi lazım olan sözlər verəcək. Continue reading “Coco / 3D animasiya filmi”

“Grey`s anatomy” serialı

greysanatomyBu gün haqqında danışacağım “Grey`s anatomy” serialını illərdir çox sevərək izləyirəm. Rejissorluğu Shonda Rhimes etdiyi serialın məqsədi dünyamızda işləyən, gözəl karyerası olan qadınların yaşadıqları, arzuları və qurban verdiklərini çatdırmaqdır. Serial bir klinikada işləyən həkimlərin hər birinin həyatını göstərir. 14-cü sezonu hazırda çəkilən bu serial dostluğu, sevgini, işə bağlılığı hər şeyi qadınların baxış bucağından bizlərə çatdırmağı hədəfləyir və deyərdim ki, bacarır da.  Continue reading ““Grey`s anatomy” serialı”

“Kış uykusu”, “Üç maymun” Nuri Bilge Ceylan

nuribilgeceylanBu gün dünyaca məhşur türk rejissor Nuri Bilge Ceylanın ad günü olduğunu öyrəndim. Onu həm də fotoqraf kimi tanıdım. Və xatırladım ki, bu günə kimi yaradıcılığından 2 film izləmiş olsam da heç biri haqqında blog yazmamışam. Elə isə bu günün də yazı mövzusu aydınlaştı. Amma qısaca bir az bu fərqli, yaradıcılığını rus klassiklərinin əsintiləri dolduran rejissor haqqında məlumat verim. 2014-cü ildə bu gün haqqında söz açacağım “Qış yuxusu” filmi Kannda “Qızıl Palma” mükafatı qazanıb. Yaradıcılığının özəlliklərindən biri də filmlərində dialoqlar demək olar ki, sıfırdır. Əsasən aktyor oyunu, hadisələr, səhnələr və yüngül ahəng vurulmuş detallar çatdırmaq istədiyini rəsmləndirir. Continue reading ““Kış uykusu”, “Üç maymun” Nuri Bilge Ceylan”

Bu həftə izlədiklərim

Hər gün yeni bir film izlədiyim üçün çalışacam cümə günləri baxdığım kinolar haqqında bir az geniş informasiya paylaşım. Beləliklə başlayaq:

stronger2017-ci ildə bioqrafiya janrında rejissorluğunu David Gordon Greenin etdiyi “Stronger” filmi, Jeff Baumanın eyni adlı əsərindən ekranlaşdırılıb. Film 2013-cü ildə Boston marafonundakı bombardıman zamanı ayaqlarını itirən sadə vətəndaş Jeff Baumanın başına gələnlər haqqındadır. Hər iki ayağını da itirən Jeff yenidən həyata qaldığı yerdən davam etmək üçün mübarizə aparır. Filmdə bir çox yan obrazları aktyorlar deyil özləri oynayırlar. Xüsusilə tibb heyyəti və Martino ailəsinin 5 üzvü. Film normal insanın birdən-birə fiziki əlilliyi olan birinə çevrildikdə yaşadığı psixoloji çətinlikləri, ətrafı ilə münasibətləri çox gözəl təsvir olunub. Mənə görə 10/7 Continue reading “Bu həftə izlədiklərim”