“Leyla” Alexandra Cavelius

Leyla_(Aleksandra_Kavelius)“Leyla” Alexandra Caveliusun “Diqqət ürəyi zəif olanla bu kitabı oxumasın” bildirişi olan bir kitabından bəhs edəcəyəm. Deyilən qədər sarsıdıcımı sarsıdıcı, razlaşmaq istəməyəcəyin reallıqlarla dolu, ürəkbulandıran insan əməlləri ilə oxuduqca gecə yuxunuzu qatmağınıza səbəb olacaq bir kitabdır. Amm və lakin bir roman  kimi mən sevmədim.

Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Əsir düşərgələrində yaşanan zorakılıqlar, xüsusilə qadınlara qarşı törədilənlər, insan dəyərinin 1 qutu siqaretə düşdüyü anlamsız zamanlardan danışılır kitabda.  Continue reading ““Leyla” Alexandra Cavelius”

Advertisements

“Son tanık” Glenn Meade

0000000620865-1Glenn Meade yaradıcılığı ilə bu kitab vasitəsilə tanış oldum və digər əsərlərini oxumaq istəyi yaratmağı bacardı. “KırmızıKedi” yayın evinin nəşrində oxuduğum 400 səhifəlik “Son şahid” kitabı 1992-1995-ci illər arasında Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı düz Avropanın mərkəzində, Bosniyada eyni cür dəhşətli bir soyqırımdan bəhs edir. Hansı ki, bu yaxın tarixdə Srebrenitsa qətliamı kimi tanınan müharibədə ən az 8300 bosniyalı müsəlman qətlə yetirilmişdir.

*Təəssüflə bildirməliyəm ki, bu kitaba kimi Bosniya-Serbiya-Xoratiya müharibəsi haqqında heç bir şey bilmirdim. Oxuyub bitirdikdən sonra uzun bir araşdırma etməli oldum. Tarixin belə bir səhifəsinin olması çox utandırıcıdır. Continue reading ““Son tanık” Glenn Meade”