Jojo Moyes “Üstümüzdə gökyüzü altımızda deniz”

Jojo MoyesYazarla ilkin tanışlığım “Səndən sonra mən” filmi ilə başlamışdır. Sonrasında təsadüfən Xan dayının kitabxanasında indi sizə bəhs edəcəyim kitabına rastladım. Ümumən tarixi faktlara dayalı hekayələri çox sevirəm. İstər film, istər roman kitablar, istərsə də müsahibələr falan. Elə bu səbəblə də kitab diqqətimi çəkdi.

Kitabdakı hadisələr 1946-cı ildə Avstralyadan İngiltərəyə təyyarə yük gəmisi ilə səyahət edən 650 gəlin haqqındadır. Avstralyaya gələn İngilis əsgərləri ilə evlənmiş bu qadınlar sevdikləri hər şeyi geridə qoyaraq yeni həyata başlamaq üçün başqa qitəyə doğru yola çıxırlar. Kitabda tez-tez gerçək hadisələr, gəmidə o zaman işləmiş olan heyyətin qeydlərinə falan yer verilib. Eləcə də yazarın nənəsi Betty McKee də bu səyahətçilər arasında olmuşdur.  Continue reading “Jojo Moyes “Üstümüzdə gökyüzü altımızda deniz””

Advertisements

Pərinuş Sənii “Mənim payım”

fft243_mf6061913Kitab Haqqında danışmazdan öncə bir az yazıçı Pərinuş Sənii haqqında məlumat paylaşım. İran əsilli yazıçı, psixoloq və sosioloq, Pərinuş Sənii ölkədə baş verən İslam inqilabından sonra hökümət əleyhinə yazdığı tənqidi məqalə və əsərləri ilə ölkə içində habelə onun xaricində tanınmağa müvəffəq olan fəallardan biri hesab edilir. Onun qələmə aldığı “Mənim payım” avtobiqrafik romanı İtaliyanın ən nüfuzlu “Beynəlxalq Bokkaçio” ədəbiyyat mükafatına (2000) layiq görülmüşdür.  Continue reading “Pərinuş Sənii “Mənim payım””

Marc Levy “Hardasan?”

42791Fransız yazıçısı Marc Levynin “Hardasan?” kitabını Can yayınlarının nəşrində türk dilində oxuma imkanı əldə etdim. Elə yazıçının yaradıcılığı ilə də bu kitabla tanış oldum. 2014-ci ildən Azərbaycanda sevilərək oxunan yazıçı ilə yolum ancaq bu il kəsişdi. Dahasında bir neçə kitabın da oxuma şansım oldu və indən sonrada əsərlərinin mütaliəsinə zaman ayıracağımı düşünürəm.

Əsərin qısa məzmunu nəzər salsaq, əsas qəhrəmanlar olan gənc cütlük Suzan və Filipp bir-birlərini uşaqlıqdan tanıyırlar. Onlar yaxşı dost, sevgili, tanış və də fərqli həyat seçimləri olan 2 şəxsdir.  Beləki Suzan güclü uraqanların baş verdiyi Mərkəzi Amerikaya – Hondurasa bir anda həyatlarının tamamı dəyişmiş insanların yanına yola düşür. Filipp isə Manhettendə qalıb reklamçılıqda ixtisaslaşır. Continue reading “Marc Levy “Hardasan?””