Əsa teatrı premyera “Adamlar və siçanlar” tamaşası

25445945_1562966897121805_5469353832510491125_nBu gün ƏSA Teatrının möhtəşəm tamaşasını izlədik! Əsa Teatrı əlilliyi olan və olmayan aktyorların rol aldığı ilk İnklüziv teatrdır. O qədər təsir edici tamaşa, aktyorluq var idi ki, duyğulanmamaq mümkünsüzdü. Teatrın baş meneceri Nijat Gulama, təsiscisi və bədii rəhbəri Nihad Ari Gulamzada və direktoru Orxan Adigozelə xüsusi təşəkkürlər! Xüsusi qeyd etmək istəyirəm ki, bu gün tamaşanın baş rol aktyoru (Lenni obrazı) və rejissoru Elşən Əsgərovun  doğum günüdür. Continue reading “Əsa teatrı premyera “Adamlar və siçanlar” tamaşası”

Advertisements

Elif Şafak “Araf”

araf-elif-safak-14822-25-OHər kəsin elə bir kitabı var ki, orda özünü tapır, heç kim bilməsə də kitabda adı olmasa da sanki ondan danışılır ya da o yaşayır bütün bunları. Elif Şafakın “Araf” romanı mənim üçün məhz elə bir kitabdır. Əslində bütün Şafak kitablarında mənə toxunan bir üslub və ya hekayə olur. Araf isə tam bir ayrıcalıq oldu. Bəlkə də zamanlama bu ayrıcalığı verdi. Beləki əsərin qəhrəmanları kimi mən də öz qabımda deyildim. Və bu kitab ilk oxuğum e-book oldu, o qədər uzun müddət idi ki, dərs kitablarından başqa bir şey oxumamışdım, qaydalarımı pozub səhrada susuz qalmış kimi e-bookla da olsa dodaqlarımı nəmləndirə bildim.  Continue reading “Elif Şafak “Araf””

Herman Hesse “SİDDHARTHA”

Kitabın adı maraq oyatdığı üçün almaq qərarına gəlmişdim. Və sevinirəm ki, oxuduqdan sonra da mənim üçün maraqlı bir kitab oldu. Hessenin yaradıcılığının ilkin hissəsinin ümumiləşdiricisi hesab olunan bu povest Buddanın adaşının verdiyi qərar və seçdiyi yollarda özünü tapması haqqındadır. O bu günə kimi öyrəndiklərində əvvəllər öz məninə nifrət etsə də, povestin hadisələrin ortasında yanıldığını anlayır və bu dəfə Mənini kəşfə çıxır. Sonda isə artıq bütün bunların bir yalan olduğunu və hər bir şeyin sevgi adlı bir vəhdətdə birləşdiyini dərk edir. Sadə qayıqçı kimi həyatını davam edir.  Continue reading “Herman Hesse “SİDDHARTHA””