“Fi, Çi, Pi” Azra Kohen kitab vs serial

durucanmanayÇoxluğun təşkil etdiyi kimi serial haqqında eşidib ilk 3 seriyasına baxdıqdan sonra əl-ayağa düşüb kitablarını axtarmağa başladım. (Xüsusi qeyd edim bir az uzun yazı olacaq deyəsən) Və yalnız bu gün gecə saat 4də “Pi” kitabını bitirib ardından gün içində serialın sonunu izlədim. Zatən “Çi”-ni oxumağa başlayanda bunu, bu qədər siyasi fikirləri necə səhnələşdiriblər deyə düşündüm və təəssüf ki, serial yalnız “Fi”-dən ibarətdir, hətta deyərdim II sezon yazarın deyil rejissorun təxəllüyüdür və yazıçının çəkimləri dayandırma istəyini anlayıram.

Diqqət yazının sonrasın oxuyarkən linkdəki “Fi-Çi-Pi” üçlüyünün tamamında təklif olunan mahnılardan formalaşan musiqiləri arxa fonda dinləmənizi təklif edirəm:   Tıkla  ♫ ♪ ♯ ♪  ♫ Continue reading ““Fi, Çi, Pi” Azra Kohen kitab vs serial”

Advertisements

E.M.Remark “Lissabonda son gecə”

Remarkın 13-cü romanı olan “Lissabonda son gecə” əsəri həm də müəyyən qədər avtobioqrafikdir. 1961-ci ildə çap edilmiş bu roman immiqrant həyatı haqqındadır, hansı ki, kitabın nəşri zamanı siyasi fikirlərinə görə artıq yazıçı Amerikada mühacir həyatı yaşayırdı. Əsərdə ikinci dünya müharibəsinin başlanğıcında; nasist idealogiyasının sürətlə yayıldığı; insanların öz evlərini, vətənlərini və dəyərlərini geridə qoyub yeni dünya üçün qaçışa başladığı; Afrika, Amerika qitələrinə üz tutduğu; üstünü qara buludlar almış Avropa ölkələri və həmişə hər şeyə qarşı ən güclü qüvvə sevgi və ölüm qorxusundan qaçışın geniş təsviri var.  Continue reading “E.M.Remark “Lissabonda son gecə””

La casa de papel

lacasadepapel1.jpgLa casa de papel – haqqında danışacağım bu serial uzun zamandan sonra bütün gecəni oyaq qalaraq 2 gün içində izlədiyim çox möhtəşəm yaradıcılıq nümunəsidir. Musiqiləri, rəng seçimləri və ideyası ilə hər an səni həyacanda saxlayan, bütününlə reallıqdan ayıran amma həyata dair əsl həqiqətərin mesajın verə bilən bir ekran əsəridir.  Continue reading “La casa de papel”

Bernhard Schlink “Vətənə dönüş”

bernhard-schlink“Qiraətçi” romanı ilə tanıdığım yazıçının üslubunu çox bəyəndiyim üçün satışda gördüyüm yenə II Dünya müharibəsi və 90-cı illər Almanyasından bəhs edən Bernard Şlinkin yeni kitabını gördükdə böyük gözlənti və həvəslə aldım. Amma həm tərcümənin bərbadlığı, həm də sanki yazıçının roman və ya hüquq, qanunlar, azadlıq, vətən anlayışları üzərindən fəlsəfi fikirlərini bölüşməyə çalışması çox qarışıqlıq yaratmışdır. Kitab haqqında çox uzun bir fikir bildirməyəcəm. Çünki xüsusi seçərək altından xətt çəkdiyim fikirlərdən başqa kitabdan heç bir həzz ala bilmədim. Continue reading “Bernhard Schlink “Vətənə dönüş””