“Grey`s anatomy” serialı

greysanatomyBu gün haqqında danışacağım “Grey`s anatomy” serialını illərdir çox sevərək izləyirəm. Rejissorluğu Shonda Rhimes etdiyi serialın məqsədi dünyamızda işləyən, gözəl karyerası olan qadınların yaşadıqları, arzuları və qurban verdiklərini çatdırmaqdır. Serial bir klinikada işləyən həkimlərin hər birinin həyatını göstərir. 14-cü sezonu hazırda çəkilən bu serial dostluğu, sevgini, işə bağlılığı hər şeyi qadınların baxış bucağından bizlərə çatdırmağı hədəfləyir və deyərdim ki, bacarır da.  Continue reading ““Grey`s anatomy” serialı”

Advertisements

Bu həftə izlədiklərim

Hər gün yeni bir film izlədiyim üçün çalışacam cümə günləri baxdığım kinolar haqqında bir az geniş informasiya paylaşım. Beləliklə başlayaq:

stronger2017-ci ildə bioqrafiya janrında rejissorluğunu David Gordon Greenin etdiyi “Stronger” filmi, Jeff Baumanın eyni adlı əsərindən ekranlaşdırılıb. Film 2013-cü ildə Boston marafonundakı bombardıman zamanı ayaqlarını itirən sadə vətəndaş Jeff Baumanın başına gələnlər haqqındadır. Hər iki ayağını da itirən Jeff yenidən həyata qaldığı yerdən davam etmək üçün mübarizə aparır. Filmdə bir çox yan obrazları aktyorlar deyil özləri oynayırlar. Xüsusilə tibb heyyəti və Martino ailəsinin 5 üzvü. Film normal insanın birdən-birə fiziki əlilliyi olan birinə çevrildikdə yaşadığı psixoloji çətinlikləri, ətrafı ilə münasibətləri çox gözəl təsvir olunub. Mənə görə 10/7 Continue reading “Bu həftə izlədiklərim”

İstanbul kırmızısı

2819_stanbul-krmzsİstanbul kırmızısı filmi ilə facebookda bir dostumun paylaşımı üzərinə traileri vasitəsilə premyerasından ən az 3 ay əvvəl tanış oldum. Və o kadronu görüb şok oldum deyə bilərəm. Tanıdığım bildiyim sevdiyim bütün aktyor heyyəti ordaydı. Fragmanında göstərildiyinə görə qarışıq mərtəbəli film olacağı düşüncəsinə gəldim ki, mən də bu cür kitabı da, kinonu da sevirəm. Və nəhayət izləmək imkanım oldu. Filmin özü kimi sonunda hislərim də qarmaqarışıq oldu. Məncə film elədir ki, hər kəs fərqli cür mənimsəyəcək kimi. İndi yazacaqlarım mənim mövqeyimdən görünənlərdir 😉  Continue reading “İstanbul kırmızısı”

Elif Şafak “Araf”

araf-elif-safak-14822-25-OHər kəsin elə bir kitabı var ki, orda özünü tapır, heç kim bilməsə də kitabda adı olmasa da sanki ondan danışılır ya da o yaşayır bütün bunları. Elif Şafakın “Araf” romanı mənim üçün məhz elə bir kitabdır. Əslində bütün Şafak kitablarında mənə toxunan bir üslub və ya hekayə olur. Araf isə tam bir ayrıcalıq oldu. Bəlkə də zamanlama bu ayrıcalığı verdi. Beləki əsərin qəhrəmanları kimi mən də öz qabımda deyildim. Və bu kitab ilk oxuğum e-book oldu, o qədər uzun müddət idi ki, dərs kitablarından başqa bir şey oxumamışdım, qaydalarımı pozub səhrada susuz qalmış kimi e-bookla da olsa dodaqlarımı nəmləndirə bildim.  Continue reading “Elif Şafak “Araf””