“Leyla” Alexandra Cavelius

Leyla_(Aleksandra_Kavelius)“Leyla” Alexandra Caveliusun “Diqqət ürəyi zəif olanla bu kitabı oxumasın” bildirişi olan bir kitabından bəhs edəcəyəm. Deyilən qədər sarsıdıcımı sarsıdıcı, razlaşmaq istəməyəcəyin reallıqlarla dolu, ürəkbulandıran insan əməlləri ilə oxuduqca gecə yuxunuzu qatmağınıza səbəb olacaq bir kitabdır. Amm və lakin bir roman  kimi mən sevmədim.

Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Əsir düşərgələrində yaşanan zorakılıqlar, xüsusilə qadınlara qarşı törədilənlər, insan dəyərinin 1 qutu siqaretə düşdüyü anlamsız zamanlardan danışılır kitabda.  Continue reading ““Leyla” Alexandra Cavelius”

Advertisements

Elif Şafak “Araf”

araf-elif-safak-14822-25-OHər kəsin elə bir kitabı var ki, orda özünü tapır, heç kim bilməsə də kitabda adı olmasa da sanki ondan danışılır ya da o yaşayır bütün bunları. Elif Şafakın “Araf” romanı mənim üçün məhz elə bir kitabdır. Əslində bütün Şafak kitablarında mənə toxunan bir üslub və ya hekayə olur. Araf isə tam bir ayrıcalıq oldu. Bəlkə də zamanlama bu ayrıcalığı verdi. Beləki əsərin qəhrəmanları kimi mən də öz qabımda deyildim. Və bu kitab ilk oxuğum e-book oldu, o qədər uzun müddət idi ki, dərs kitablarından başqa bir şey oxumamışdım, qaydalarımı pozub səhrada susuz qalmış kimi e-bookla da olsa dodaqlarımı nəmləndirə bildim.  Continue reading “Elif Şafak “Araf””