E.M.Remark “Lissabonda son gecə”

Remarkın 13-cü romanı olan “Lissabonda son gecə” əsəri həm də müəyyən qədər avtobioqrafikdir. 1961-ci ildə çap edilmiş bu roman immiqrant həyatı haqqındadır, hansı ki, kitabın nəşri zamanı siyasi fikirlərinə görə artıq yazıçı Amerikada mühacir həyatı yaşayırdı. Əsərdə ikinci dünya müharibəsinin başlanğıcında; nasist idealogiyasının sürətlə yayıldığı; insanların öz evlərini, vətənlərini və dəyərlərini geridə qoyub yeni dünya üçün qaçışa başladığı; Afrika, Amerika qitələrinə üz tutduğu; üstünü qara buludlar almış Avropa ölkələri və həmişə hər şeyə qarşı ən güclü qüvvə sevgi və ölüm qorxusundan qaçışın geniş təsviri var.  Continue reading “E.M.Remark “Lissabonda son gecə””

Advertisements

Marc Levy “Hardasan?”

42791Fransız yazıçısı Marc Levynin “Hardasan?” kitabını Can yayınlarının nəşrində türk dilində oxuma imkanı əldə etdim. Elə yazıçının yaradıcılığı ilə də bu kitabla tanış oldum. 2014-ci ildən Azərbaycanda sevilərək oxunan yazıçı ilə yolum ancaq bu il kəsişdi. Dahasında bir neçə kitabın da oxuma şansım oldu və indən sonrada əsərlərinin mütaliəsinə zaman ayıracağımı düşünürəm.

Əsərin qısa məzmunu nəzər salsaq, əsas qəhrəmanlar olan gənc cütlük Suzan və Filipp bir-birlərini uşaqlıqdan tanıyırlar. Onlar yaxşı dost, sevgili, tanış və də fərqli həyat seçimləri olan 2 şəxsdir.  Beləki Suzan güclü uraqanların baş verdiyi Mərkəzi Amerikaya – Hondurasa bir anda həyatlarının tamamı dəyişmiş insanların yanına yola düşür. Filipp isə Manhettendə qalıb reklamçılıqda ixtisaslaşır. Continue reading “Marc Levy “Hardasan?””

Elif Şafak “Havva’nın Üç Kızı”

elif-safakElif Şafak sevdiyim yazarlar listində üstlərdə yer alır. Həm bir şəxsiyyət və qadın kimi, həm də bir yazar kimi çox bəyənirəm və daim izləyirəm. Onun bu günə kimi bir çox kitablarını- “Aşk”, “Baba ve piç”, “Araf”, “İskender”, “Siyah süt” sevə-sevə oxuduğum, eləcə də yazılarını və müsahibələrini daim izlədiyim bir yazardır. Son kitabı “Havva’nın Üç Kızı” ilə yaradıcılığında sanki bir düşmə yaşıyıb. Şafak adətən kitablarında Continue reading “Elif Şafak “Havva’nın Üç Kızı””

Elif Şafak “Araf”

araf-elif-safak-14822-25-OHər kəsin elə bir kitabı var ki, orda özünü tapır, heç kim bilməsə də kitabda adı olmasa da sanki ondan danışılır ya da o yaşayır bütün bunları. Elif Şafakın “Araf” romanı mənim üçün məhz elə bir kitabdır. Əslində bütün Şafak kitablarında mənə toxunan bir üslub və ya hekayə olur. Araf isə tam bir ayrıcalıq oldu. Bəlkə də zamanlama bu ayrıcalığı verdi. Beləki əsərin qəhrəmanları kimi mən də öz qabımda deyildim. Və bu kitab ilk oxuğum e-book oldu, o qədər uzun müddət idi ki, dərs kitablarından başqa bir şey oxumamışdım, qaydalarımı pozub səhrada susuz qalmış kimi e-bookla da olsa dodaqlarımı nəmləndirə bildim.  Continue reading “Elif Şafak “Araf””

Çingiz Mehbalıyev “Şərqdə fırtına”

Elə indicə bu kitabı oxuyub bitirdim. Qısaca qeyd edim ki, əsərdəki hadisələr Avropada yaradılacaq iqsadi böhranın müəyyən müddətdən sonra qarşısını almaq üçün “Şərqdə fırtına” planı hazırlanır və uğurla həyata keçirilir. Təəssüratlarıma gəldikdə isə yaxşı mənada təəccübləndim. Bundan əvvəl yazıçının ilk kitabın oxucusu kimi müəllifin necə inkişaf etdiyini görməmək mümkünsüzdür. Hadisələrin təsvirin bədiiliyi, obrazların xarakteristikasının cizgilərinə köçürülməsi, dialoqların daha da dolğunlaşması. Bundan əlavə kitabdakı hadisələrin təsvir edilməmişdən əvvəl yazıçının geniş həyat təcrübəsi, insan psixologiyasına bələdliliyi və son dövr baş verən hadisələrin davamlı izlənməsi ilə yanaşı araşdırma aparmış olması da diqqətdən qaçmır. Əlbətdə kitabda yaradılmış hadisələr və informasiyalarla tanış olduqda müəəllifin fantaziyasına da paxıllıq edirsən 😉  Continue reading “Çingiz Mehbalıyev “Şərqdə fırtına””