Ayşe Kulin “Füreya”

20180323_195621Ayşe Kulini bioqrafiya yazarı kimi tanıyıram. Onun xüsusilə də güclü, əzmkar, öz işlərinin və dövrünün uğurlu qadınlarının bioqrafiyasını yazması, xüsusilə də qadın obrazları seçməsi, onun yaradıcılığı ilə aramda körpü qurub. Bundan öncəsində onun “Türkan” əsərini oxumuşdum. Cib kitabı formatı oxuduğum üçün haqqında heç bir blog yazmadım və yazıçının dəsti xəttinə bir az daha yaxından tanış olmaq üçün özümə daha bir yaxşılıq edib keçən ilin son günlərində daha iki kitabını (“Füreya” 2000 və “Kanadı kırık kuşlar” 2016) sifariş etdim. Bugün tamamladığım  “Füreya” əsəri haqqında söhbət açacam indiki yazımda.  Continue reading “Ayşe Kulin “Füreya””

Advertisements

E.M.Remark “Lissabonda son gecə”

Remarkın 13-cü romanı olan “Lissabonda son gecə” əsəri həm də müəyyən qədər avtobioqrafikdir. 1961-ci ildə çap edilmiş bu roman immiqrant həyatı haqqındadır, hansı ki, kitabın nəşri zamanı siyasi fikirlərinə görə artıq yazıçı Amerikada mühacir həyatı yaşayırdı. Əsərdə ikinci dünya müharibəsinin başlanğıcında; nasist idealogiyasının sürətlə yayıldığı; insanların öz evlərini, vətənlərini və dəyərlərini geridə qoyub yeni dünya üçün qaçışa başladığı; Afrika, Amerika qitələrinə üz tutduğu; üstünü qara buludlar almış Avropa ölkələri və həmişə hər şeyə qarşı ən güclü qüvvə sevgi və ölüm qorxusundan qaçışın geniş təsviri var.  Continue reading “E.M.Remark “Lissabonda son gecə””

La casa de papel

lacasadepapel1.jpgLa casa de papel – haqqında danışacağım bu serial uzun zamandan sonra bütün gecəni oyaq qalaraq 2 gün içində izlədiyim çox möhtəşəm yaradıcılıq nümunəsidir. Musiqiləri, rəng seçimləri və ideyası ilə hər an səni həyacanda saxlayan, bütününlə reallıqdan ayıran amma həyata dair əsl həqiqətərin mesajın verə bilən bir ekran əsəridir.  Continue reading “La casa de papel”

Bu həftə izlədiklərim

Hər gün yeni bir film izlədiyim üçün çalışacam cümə günləri baxdığım kinolar haqqında bir az geniş informasiya paylaşım. Beləliklə başlayaq:

stronger2017-ci ildə bioqrafiya janrında rejissorluğunu David Gordon Greenin etdiyi “Stronger” filmi, Jeff Baumanın eyni adlı əsərindən ekranlaşdırılıb. Film 2013-cü ildə Boston marafonundakı bombardıman zamanı ayaqlarını itirən sadə vətəndaş Jeff Baumanın başına gələnlər haqqındadır. Hər iki ayağını da itirən Jeff yenidən həyata qaldığı yerdən davam etmək üçün mübarizə aparır. Filmdə bir çox yan obrazları aktyorlar deyil özləri oynayırlar. Xüsusilə tibb heyyəti və Martino ailəsinin 5 üzvü. Film normal insanın birdən-birə fiziki əlilliyi olan birinə çevrildikdə yaşadığı psixoloji çətinlikləri, ətrafı ilə münasibətləri çox gözəl təsvir olunub. Mənə görə 10/7 Continue reading “Bu həftə izlədiklərim”

“Tısbağalar da uçar”/ “Turtles can fly”

 

posterƏslində planımda bu həftə ərzində baxdığım 5 film haqqında qısa məlumatlar ilə bir yazı paylaşmaq idi. Amma izlədiyim son İran filmindən sonra qərarımı dəyişdim. “Tısbağalar da uça bilər” filminin rejissoru Bahman Ghobadi İran kürdüdür. Film Səddamın devrilməsindən sonra İraqda çəkilən ilk filmdir. Hadisələr Türkiyə-İran-İraq sərhədində qaçqın düşərgəsindəki uşaqların həyatını əks etdirir.  Continue reading ““Tısbağalar da uçar”/ “Turtles can fly””

“Yedi güzel adam” serialı

Yedi-Güzel-AdamAdətən TRT kanalından verilən serialları bəyənmirəm və də izləmirəm. Amma bu serial bir ayrıcalıqdır. Sevdiyim formatda keçmiş və indiki zamanda olan hadisələr axını, Türkiyənin çox qarışıq 1950-80-ci illərindəki solçu-sağçı, alevi-sünni, əsgər çevrilişləri ilə yadda qalan bir tarixi və ən gözəli şerə doyacağınız ruhunuzu təzələyəcək bir serialdır. Düzdü bir az hökumət yönümlü, dəhşətli dərəcə də islam doludur Continue reading ““Yedi güzel adam” serialı”

Fərəh Pəhləvi “Xatirələr”

kitabSon illərdə İrana yaranmış kəskin marağım növbəti kitab seçimimə də öz təsirini göstərdi. Yenicə bitirdiyim  Fərəh Pəhləvinin “Xatirələr” kitabı haqqında sizlərlə də paylaşmaq istəyirəm. Bioqrafiya, memuar və tarix sevərlər üçün çox maraqlı olacağını düşünürəm. Amma mənim kimi səhvə yol verib kitabı “Qanun” nəşri versiyasını oxumayın, hərf səhvləri, cümlə qırıqlıqları və də tərcümənin bərbadlığı yoracaq. Kitabda ən çox bəyəndiyim, daima həyatlarında olan digər obrazların kitab və ya qeydlərinə yer verilməsi oldu. Şahbanunun 65 yaşında paylaşdığı bu kitab dünya bestsellerləri arasındadır ” yıxılan rejimin və bitməyən eşqin hekayəsi” sloqanı ilə tanınır.  Continue reading “Fərəh Pəhləvi “Xatirələr””