“Yeraltından notlar” – F.Dostoyevski

fedordostoevskijDostoyevskinin “Yeraltından notlar” kitabı bu əsər bir xəyal məhsuludur deyərək başlayır və mən də yazıma  André Malrauxun  “Hər roman əslində bir avto-bioqrafiyadır” sözləri ilə başlamağı qərara aldım. Beləki Dostoyevskinin bu əsərini Nikolay Çernişevskinin “Necə etməli?” adlı utopik sosialist əsərinə cavab olaraq yazdığı qəbul edilir. Çernişevskinin hadisələrin Sankt Peterburqda cərəyan edən pozitiv əsərinin qarşısına Dostoyevski yeraltının qaranlıq üzünü meydana çıxarır. Əsər iki hissədən ibarətdir: İlk – Yeraltı Adamı – hissəsində, artıq qırx yaşına gəlmiş içinə qapanıq, utanqac və həssas adamın etirafları, məzəmmətləri, təhqirləri, təəssüfləri üzərinə bir monoloqdur. İkinci hissədə isə Yeraltı Adamının birdən sosial həyat tərzinə keçməsi ilə bir mayor və köhnə dostları ilə haqq-hesab çürütmək yolundakı səylərinin və Liza adlı fahişə ilə münasibətlərinin şahidi oluruq. Continue reading ““Yeraltından notlar” – F.Dostoyevski”

Advertisements

Elif Şafak “Araf”

araf-elif-safak-14822-25-OHər kəsin elə bir kitabı var ki, orda özünü tapır, heç kim bilməsə də kitabda adı olmasa da sanki ondan danışılır ya da o yaşayır bütün bunları. Elif Şafakın “Araf” romanı mənim üçün məhz elə bir kitabdır. Əslində bütün Şafak kitablarında mənə toxunan bir üslub və ya hekayə olur. Araf isə tam bir ayrıcalıq oldu. Bəlkə də zamanlama bu ayrıcalığı verdi. Beləki əsərin qəhrəmanları kimi mən də öz qabımda deyildim. Və bu kitab ilk oxuğum e-book oldu, o qədər uzun müddət idi ki, dərs kitablarından başqa bir şey oxumamışdım, qaydalarımı pozub səhrada susuz qalmış kimi e-bookla da olsa dodaqlarımı nəmləndirə bildim.  Continue reading “Elif Şafak “Araf””