E.M.Remark “Lissabonda son gecə”

Remarkın 13-cü romanı olan “Lissabonda son gecə” əsəri həm də müəyyən qədər avtobioqrafikdir. 1961-ci ildə çap edilmiş bu roman immiqrant həyatı haqqındadır, hansı ki, kitabın nəşri zamanı siyasi fikirlərinə görə artıq yazıçı Amerikada mühacir həyatı yaşayırdı. Əsərdə ikinci dünya müharibəsinin başlanğıcında; nasist idealogiyasının sürətlə yayıldığı; insanların öz evlərini, vətənlərini və dəyərlərini geridə qoyub yeni dünya üçün qaçışa başladığı; Afrika, Amerika qitələrinə üz tutduğu; üstünü qara buludlar almış Avropa ölkələri və həmişə hər şeyə qarşı ən güclü qüvvə sevgi və ölüm qorxusundan qaçışın geniş təsviri var.  Continue reading “E.M.Remark “Lissabonda son gecə””

Advertisements

Bu həftə izlədiklərim

Hər gün yeni bir film izlədiyim üçün çalışacam cümə günləri baxdığım kinolar haqqında bir az geniş informasiya paylaşım. Beləliklə başlayaq:

stronger2017-ci ildə bioqrafiya janrında rejissorluğunu David Gordon Greenin etdiyi “Stronger” filmi, Jeff Baumanın eyni adlı əsərindən ekranlaşdırılıb. Film 2013-cü ildə Boston marafonundakı bombardıman zamanı ayaqlarını itirən sadə vətəndaş Jeff Baumanın başına gələnlər haqqındadır. Hər iki ayağını da itirən Jeff yenidən həyata qaldığı yerdən davam etmək üçün mübarizə aparır. Filmdə bir çox yan obrazları aktyorlar deyil özləri oynayırlar. Xüsusilə tibb heyyəti və Martino ailəsinin 5 üzvü. Film normal insanın birdən-birə fiziki əlilliyi olan birinə çevrildikdə yaşadığı psixoloji çətinlikləri, ətrafı ilə münasibətləri çox gözəl təsvir olunub. Mənə görə 10/7 Continue reading “Bu həftə izlədiklərim”

“Tısbağalar da uçar”/ “Turtles can fly”

 

posterƏslində planımda bu həftə ərzində baxdığım 5 film haqqında qısa məlumatlar ilə bir yazı paylaşmaq idi. Amma izlədiyim son İran filmindən sonra qərarımı dəyişdim. “Tısbağalar da uça bilər” filminin rejissoru Bahman Ghobadi İran kürdüdür. Film Səddamın devrilməsindən sonra İraqda çəkilən ilk filmdir. Hadisələr Türkiyə-İran-İraq sərhədində qaçqın düşərgəsindəki uşaqların həyatını əks etdirir.  Continue reading ““Tısbağalar da uçar”/ “Turtles can fly””