Marc Levy “Hardasan?”

42791Fransız yazıçısı Marc Levynin “Hardasan?” kitabını Can yayınlarının nəşrində türk dilində oxuma imkanı əldə etdim. Elə yazıçının yaradıcılığı ilə də bu kitabla tanış oldum. 2014-ci ildən Azərbaycanda sevilərək oxunan yazıçı ilə yolum ancaq bu il kəsişdi. Dahasında bir neçə kitabın da oxuma şansım oldu və indən sonrada əsərlərinin mütaliəsinə zaman ayıracağımı düşünürəm.

Əsərin qısa məzmunu nəzər salsaq, əsas qəhrəmanlar olan gənc cütlük Suzan və Filipp bir-birlərini uşaqlıqdan tanıyırlar. Onlar yaxşı dost, sevgili, tanış və də fərqli həyat seçimləri olan 2 şəxsdir.  Beləki Suzan güclü uraqanların baş verdiyi Mərkəzi Amerikaya – Hondurasa bir anda həyatlarının tamamı dəyişmiş insanların yanına yola düşür. Filipp isə Manhettendə qalıb reklamçılıqda ixtisaslaşır. More

Advertisements

Xızır Nəbi bayramı üçün xəşil

20170210_140938.jpgBu gün keçmişdən gələn hələ də bizim nənəmizin xüsusi təmtaraqla hazırlaşdığı Xızır Nəbi bayramıdır. Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində keçirilən bu bayram üçün nənəm mütləq Xəşil hazırlayır. Nənəmin reseptinə əsasən Xəşilin necə hazırlanmasın sizlərlə də paylaşmaq istəyirəm.

Beləki ailə sayına görə su götürüb isdirik,  inanclara görə duz atan zaman peyğəmbərin adına dualar edib, arzularını deyirsən. More