E.M.Remark “Lissabonda son gecə”

Remarkın 13-cü romanı olan “Lissabonda son gecə” əsəri həm də müəyyən qədər avtobioqrafikdir. 1961-ci ildə çap edilmiş bu roman immiqrant həyatı haqqındadır, hansı ki, kitabın nəşri zamanı siyasi fikirlərinə görə artıq yazıçı Amerikada mühacir həyatı yaşayırdı. Əsərdə ikinci dünya müharibəsinin başlanğıcında; nasist idealogiyasının sürətlə yayıldığı; insanların öz evlərini, vətənlərini və dəyərlərini geridə qoyub yeni dünya üçün qaçışa başladığı; Afrika, Amerika qitələrinə üz tutduğu; üstünü qara buludlar almış Avropa ölkələri və həmişə hər şeyə qarşı ən güclü qüvvə sevgi və ölüm qorxusundan qaçışın geniş təsviri var.  Continue reading “E.M.Remark “Lissabonda son gecə””

Advertisements

“Grey`s anatomy” serialı

greysanatomyBu gün haqqında danışacağım “Grey`s anatomy” serialını illərdir çox sevərək izləyirəm. Rejissorluğu Shonda Rhimes etdiyi serialın məqsədi dünyamızda işləyən, gözəl karyerası olan qadınların yaşadıqları, arzuları və qurban verdiklərini çatdırmaqdır. Serial bir klinikada işləyən həkimlərin hər birinin həyatını göstərir. 14-cü sezonu hazırda çəkilən bu serial dostluğu, sevgini, işə bağlılığı hər şeyi qadınların baxış bucağından bizlərə çatdırmağı hədəfləyir və deyərdim ki, bacarır da.  Continue reading ““Grey`s anatomy” serialı”

Ayla

ayla-810x400

Filmin posteri

Mən tarix dərsini oldum-olası heç bir zaman sevmədim, amma tarixi hekayələri, əfsanələri, onları yaşamış olan insanların xatirələri mənim üçün əsl xəzinədir. Tarix faktlar hadisələr illər toplusudur, yaşanmışlıqlar isə bizə lazım olan həqiqətlər. Çox az hallarda film izləmək üçün kinoteatra gedirəm, Ayla yuxarıda yazdığım səbəblərlə əlaqəli diqqətimi çəkdi və yolumu Nizami kinoteatrına saldım. Continue reading “Ayla”

Marc Levy “Hardasan?”

42791Fransız yazıçısı Marc Levynin “Hardasan?” kitabını Can yayınlarının nəşrində türk dilində oxuma imkanı əldə etdim. Elə yazıçının yaradıcılığı ilə də bu kitabla tanış oldum. 2014-ci ildən Azərbaycanda sevilərək oxunan yazıçı ilə yolum ancaq bu il kəsişdi. Dahasında bir neçə kitabın da oxuma şansım oldu və indən sonrada əsərlərinin mütaliəsinə zaman ayıracağımı düşünürəm.

Əsərin qısa məzmunu nəzər salsaq, əsas qəhrəmanlar olan gənc cütlük Suzan və Filipp bir-birlərini uşaqlıqdan tanıyırlar. Onlar yaxşı dost, sevgili, tanış və də fərqli həyat seçimləri olan 2 şəxsdir.  Beləki Suzan güclü uraqanların baş verdiyi Mərkəzi Amerikaya – Hondurasa bir anda həyatlarının tamamı dəyişmiş insanların yanına yola düşür. Filipp isə Manhettendə qalıb reklamçılıqda ixtisaslaşır. Continue reading “Marc Levy “Hardasan?””