Coco / 3D animasiya filmi

Coco posterBu gün sizlərlə “Coco” adlı animasiya filmi haqqında fikirlərimi paylaşacam. Qısa olaraq, Coco animasiya filmində əsas sujet Miguelin ayaqqabıçılıq peşəsinin ustası olan ailəsinin qadağasına baxmayaraq hardan gəldiyini bilm’diyi istedadı və sevgisi ilə musiqiçi olmaq istəməsi və hadisələrin gedişində özünü ölülər şəhərində tapmasıdır. Burda o ağlına belə gətirməyəcəyi macəralar yaşayacaq, öyrənəcəyi yeni sirr və həqiqətlər olacaq  və də yerinə yetirməsi lazım olan sözlər verəcək. Continue reading “Coco / 3D animasiya filmi”

Advertisements

Bu həftə izlədiklərim

Hər gün yeni bir film izlədiyim üçün çalışacam cümə günləri baxdığım kinolar haqqında bir az geniş informasiya paylaşım. Beləliklə başlayaq:

stronger2017-ci ildə bioqrafiya janrında rejissorluğunu David Gordon Greenin etdiyi “Stronger” filmi, Jeff Baumanın eyni adlı əsərindən ekranlaşdırılıb. Film 2013-cü ildə Boston marafonundakı bombardıman zamanı ayaqlarını itirən sadə vətəndaş Jeff Baumanın başına gələnlər haqqındadır. Hər iki ayağını da itirən Jeff yenidən həyata qaldığı yerdən davam etmək üçün mübarizə aparır. Filmdə bir çox yan obrazları aktyorlar deyil özləri oynayırlar. Xüsusilə tibb heyyəti və Martino ailəsinin 5 üzvü. Film normal insanın birdən-birə fiziki əlilliyi olan birinə çevrildikdə yaşadığı psixoloji çətinlikləri, ətrafı ilə münasibətləri çox gözəl təsvir olunub. Mənə görə 10/7 Continue reading “Bu həftə izlədiklərim”

Everest (2015)

everestIMDb film listində 7.1/10 qiymətləndirilən Everest filmi mənə görə 9/10dur. Film 1996-cı ildə zirvəyə yürüş edən 16 dağçının yekayəsidir. Baş roları Jason Clarke, Jake Gyllenhaal, Josh Brolin kimi aktyorların oynadığı filmin rejissoru Baltasar KormákurduEverest kinosu İngiltərə, ABŞ, İslandiyanın ortaq işidir. 

Filmin ilk yarısı dağa qalxış, digər yarısı isə gözlənilməyən tufanla birlikdə dağçıların enişindən bəhs edir. Filmdə ölüm səhnələri o qədər sadə, o qədər gözlənilən və qəbul ediləndir ki… Təbiətin acımazsızlığında Everestin özünəməxsus qaydaları kimi görünür. Macəra kateqoriyasında yer alan film həm də dağçıların həyatından bəhs edən, real hadisələrə, yaşanmışlıqlara dayanan sənədli filmdir.  Continue reading “Everest (2015)”