Bu həftə izlədiklərim

Hər gün yeni bir film izlədiyim üçün çalışacam cümə günləri baxdığım kinolar haqqında bir az geniş informasiya paylaşım. Beləliklə başlayaq:

stronger2017-ci ildə bioqrafiya janrında rejissorluğunu David Gordon Greenin etdiyi “Stronger” filmi, Jeff Baumanın eyni adlı əsərindən ekranlaşdırılıb. Film 2013-cü ildə Boston marafonundakı bombardıman zamanı ayaqlarını itirən sadə vətəndaş Jeff Baumanın başına gələnlər haqqındadır. Hər iki ayağını da itirən Jeff yenidən həyata qaldığı yerdən davam etmək üçün mübarizə aparır. Filmdə bir çox yan obrazları aktyorlar deyil özləri oynayırlar. Xüsusilə tibb heyyəti və Martino ailəsinin 5 üzvü. Film normal insanın birdən-birə fiziki əlilliyi olan birinə çevrildikdə yaşadığı psixoloji çətinlikləri, ətrafı ilə münasibətləri çox gözəl təsvir olunub. Mənə görə 10/7 Continue reading “Bu həftə izlədiklərim”

Advertisements

Fərəh Pəhləvi “Xatirələr”

kitabSon illərdə İrana yaranmış kəskin marağım növbəti kitab seçimimə də öz təsirini göstərdi. Yenicə bitirdiyim  Fərəh Pəhləvinin “Xatirələr” kitabı haqqında sizlərlə də paylaşmaq istəyirəm. Bioqrafiya, memuar və tarix sevərlər üçün çox maraqlı olacağını düşünürəm. Amma mənim kimi səhvə yol verib kitabı “Qanun” nəşri versiyasını oxumayın, hərf səhvləri, cümlə qırıqlıqları və də tərcümənin bərbadlığı yoracaq. Kitabda ən çox bəyəndiyim, daima həyatlarında olan digər obrazların kitab və ya qeydlərinə yer verilməsi oldu. Şahbanunun 65 yaşında paylaşdığı bu kitab dünya bestsellerləri arasındadır ” yıxılan rejimin və bitməyən eşqin hekayəsi” sloqanı ilə tanınır.  Continue reading “Fərəh Pəhləvi “Xatirələr””

Ayla

ayla-810x400

Filmin posteri

Mən tarix dərsini oldum-olası heç bir zaman sevmədim, amma tarixi hekayələri, əfsanələri, onları yaşamış olan insanların xatirələri mənim üçün əsl xəzinədir. Tarix faktlar hadisələr illər toplusudur, yaşanmışlıqlar isə bizə lazım olan həqiqətlər. Çox az hallarda film izləmək üçün kinoteatra gedirəm, Ayla yuxarıda yazdığım səbəblərlə əlaqəli diqqətimi çəkdi və yolumu Nizami kinoteatrına saldım. Continue reading “Ayla”

Salyut -7

81xlsBELJYL._RI_Rus kino və seriallarında daha çox II Dünya müharibəsi sujetli filmlər izləməyi sevirəm. Amma bu dəfə haqqında danışacağım film “Salyut-7” kosmos haqqındadır. Facebookda online dostların izlədiyini və çox bəyəndiklərini gördükdən sonra izləmək marağı yarandı. Və izlədiyimə də dəydi deyərdim. Film 2017-ci ildə Klim Shipenko rejissorluğunda çəkilib.  Continue reading “Salyut -7”

“White collar” serialı

catch_me_if_you_canMəşhur fırıldaqçı Frank William Abagnalin həyatı əsasında çəkilmiş bioqrafik “Bacarsan məni yaxala” (Catch me if you can) kinosunu sevimli rejissorum Steven Spielbergə görə izləmişdim. Əsas obrazları Leonardo di Caprio və Tom Hanksin oynadığı kinoda söhbət Frankın etdiyi saxtakarlıqlardan, ailəsi və necə FBI da işləməyə başlamasından danışılır. Sujet xəttini və toxunduğu mövzuları çox bəyəndiyimdən bioqrafik olmasa da FOXda yayımlanan eyni mövzulu dedektiv “White collar” serialını izləməyə başladım.  Continue reading ““White collar” serialı”