Çingiz Mehbalıyev “Şərqdə fırtına”

Elə indicə bu kitabı oxuyub bitirdim. Qısaca qeyd edim ki, əsərdəki hadisələr Avropada yaradılacaq iqsadi böhranın müəyyən müddətdən sonra qarşısını almaq üçün “Şərqdə fırtına” planı hazırlanır və uğurla həyata keçirilir. Təəssüratlarıma gəldikdə isə yaxşı mənada təəccübləndim. Bundan əvvəl yazıçının ilk kitabın oxucusu kimi müəllifin necə inkişaf etdiyini görməmək mümkünsüzdür. Hadisələrin təsvirin bədiiliyi, obrazların xarakteristikasının cizgilərinə köçürülməsi, dialoqların daha da dolğunlaşması. Bundan əlavə kitabdakı hadisələrin təsvir edilməmişdən əvvəl yazıçının geniş həyat təcrübəsi, insan psixologiyasına bələdliliyi və son dövr baş verən hadisələrin davamlı izlənməsi ilə yanaşı araşdırma aparmış olması da diqqətdən qaçmır. Əlbətdə kitabda yaradılmış hadisələr və informasiyalarla tanış olduqda müəəllifin fantaziyasına da paxıllıq edirsən 😉  More

Bantik

Adətən əsəbləşəndə oturub müxtəlif şeylər hazırlayıram. Bu həm sakitləşməyə kömək edir, həm də maraqlı bir şeylər yaranır 😉

Elə indi paylaşacağımda əsəb partlamasının məhsuludur. Çünki bu dəqiqə itim gah içəri girir, gah çıxır. Bu da evin soyumasına səbəb olur. More

Səhər yeməyi – “Tava börəyi”

Məncə hər bir yeni günə yeni bir ləzzətlə başlamaq lazımdır. Hər səhər yeməyi özünüz üçün xüsusi bir süfrə açın. Günü necə keçirməyiniz bundan çox asılıdır. Nə isə çox uzun uzadı giriş oldu. Keçim yeməyə. Hazırlanış üçün bizə bunlar lazım olacaq:  More

Fasilə

Bu ili özüm üçün uzun bir fasilə elan etdim. Bu haqda yalnızca dostum Nasi ilə danışmışdım. Bu günə kimi baxça, məktəb, universitet ardıcıl heç bir ara olmadan gedib. İndi isə maqistr və iş başlamalı idi ailəmə görə. Amma mən artıq bundan boğuldum və özümü üçün zamana ehtiyacım olduöu qərarına gəldim. Və uzun müddət işlədiyim QHT-dən ayrıldım, Türkiyə səfərindən sonra isə ətrafımdan kənarlaşdım, evdən ayrıldım, işsiz-gücsüz bağ evində yaşamağa başladım. More

Yenidən bloggerlik

hobbyÇoxlarının bildiyi kimi uzun müddətdir əvvəlki realnagil.com blog ünvanım bağlandığı üçün bu dünyadan uzaq düşmüşdüm. Amma fürsət bu fürsət deyib yenidən qayıtdım. Çünki məncə blog yazmaq xüsusi bir şeydir və bunun üzərində işlədikcə daha çox yeni şeylər öyrənirsən. Çünki daima araşdırır və özündən belə xəbərsiz həyatını rəngləndirirsən.  More

Next Newer Entries