Özüm haqqında

6907_1031018120275442_6733341779134162765_nMən -Nilufər Əzimli 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Təhsil həyatım 1998-ci ildə Yusif Məmmədəliyev adına 31N məktəbdə başlayıb. 2009-cu ildə bitirdikdən həmən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində “Korreksiyaedici təlim” ixtisası üzrə təhsilimə davam etmişəm.

I kursdan sonra Sumqayıtda fəaliyyət göstərən “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatına qoşulmuş 3 ilə yaxın bir müddətdə orda könüllü olaraq çalışmışam. Bu illər ərzində Sumqayıt Ədəbiyyat klubunu yaratmış, Sumqayıt Bloggerlər klubuna rəhbərlik etmiş, PR menecer və layihə meneceri kimi işləmişəm.

13509143_1149664495077470_5729987236604104817_nSonrasında bütün fəaliyyətimi dondurub, 2013-cü ildə universiteti bitirib 1 illik fasilə götürmüşəm. Belə demək olarsa həyat fasiləsi. Bu dövrdə ailəmin yanından ayrılıb müstəqil həyata başlamışam. Bu dövrdə çoxlu kitab oxuyub, ingilis dilimi inkişaf etdirib və sənədlərimi hazırlayıb İtaliyada “La Sapienza” universitetinə qəbul almışam. Uzun sənəd süründürməçiliyinin sonunda təqaüdlə Romada yeni həyatıma qovuşmuşam. Bu dəfə tamamilə yeni bir sahədə Biznesin idarə edilməsi ixtisasında magistr adı uğrunda…

Hazırda Sumqayıtda ailəmlə, 2 itim və 7 pişiyim ilə birlikdə yaşayır, yenidən amma bu dəfə Psixologiya üzrə magistra hazırlaşır, ara-sıra Azərbaycan və ya xarici ölkələri kəşfə çıxır, freelancer olaraq fotoqrafiya ilə məşğul oluram 🙂

Məni sosial şəbəkələrdə izləmək üçün:

Nil Azim facebook adresim;

nilufer_ice instagram albomum;

Digər ancaq gəzib gördüyüm yerlər haqqında yazdığım blogum “Bilməzlə

Bilməzin macəraları” facebook səhifəm

bilmezinmaceralari” instagram səhifəm

Son olaraq isə youtube kanalım “Nilufer Ezimli

nil

 

Advertisements