Jojo Moyes “Üstümüzdə gökyüzü altımızda deniz”

Jojo MoyesYazarla ilkin tanışlığım “Səndən sonra mən” filmi ilə başlamışdır. Sonrasında təsadüfən Xan dayının kitabxanasında indi sizə bəhs edəcəyim kitabına rastladım. Ümumən tarixi faktlara dayalı hekayələri çox sevirəm. İstər film, istər roman kitablar, istərsə də müsahibələr falan. Elə bu səbəblə də kitab diqqətimi çəkdi.

Kitabdakı hadisələr 1946-cı ildə Avstralyadan İngiltərəyə təyyarə yük gəmisi ilə səyahət edən 650 gəlin haqqındadır. Avstralyaya gələn İngilis əsgərləri ilə evlənmiş bu qadınlar sevdikləri hər şeyi geridə qoyaraq yeni həyata başlamaq üçün başqa qitəyə doğru yola çıxırlar. Kitabda tez-tez gerçək hadisələr, gəmidə o zaman işləmiş olan heyyətin qeydlərinə falan yer verilib. Eləcə də yazarın nənəsi Betty McKee də bu səyahətçilər arasında olmuşdur.  More

Advertisements

Pərinuş Sənii “Mənim payım”

fft243_mf6061913Kitab Haqqında danışmazdan öncə bir az yazıçı Pərinuş Sənii haqqında məlumat paylaşım. İran əsilli yazıçı, psixoloq və sosioloq, Pərinuş Sənii ölkədə baş verən İslam inqilabından sonra hökümət əleyhinə yazdığı tənqidi məqalə və əsərləri ilə ölkə içində habelə onun xaricində tanınmağa müvəffəq olan fəallardan biri hesab edilir. Onun qələmə aldığı “Mənim payım” avtobiqrafik romanı İtaliyanın ən nüfuzlu “Beynəlxalq Bokkaçio” ədəbiyyat mükafatına (2000) layiq görülmüşdür.  More

“Leyla” Alexandra Cavelius

Leyla_(Aleksandra_Kavelius)“Leyla” Alexandra Caveliusun “Diqqət ürəyi zəif olanla bu kitabı oxumasın” bildirişi olan bir kitabından bəhs edəcəyəm. Deyilən qədər sarsıdıcımı sarsıdıcı, razlaşmaq istəməyəcəyin reallıqlarla dolu, ürəkbulandıran insan əməlləri ilə oxuduqca gecə yuxunuzu qatmağınıza səbəb olacaq bir kitabdır. Amm və lakin bir roman  kimi mən sevmədim.

Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Əsir düşərgələrində yaşanan zorakılıqlar, xüsusilə qadınlara qarşı törədilənlər, insan dəyərinin 1 qutu siqaretə düşdüyü anlamsız zamanlardan danışılır kitabda.  More

“Son tanık” Glenn Meade

0000000620865-1Glenn Meade yaradıcılığı ilə bu kitab vasitəsilə tanış oldum və digər əsərlərini oxumaq istəyi yaratmağı bacardı. “KırmızıKedi” yayın evinin nəşrində oxuduğum 400 səhifəlik “Son şahid” kitabı 1992-1995-ci illər arasında Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı düz Avropanın mərkəzində, Bosniyada eyni cür dəhşətli bir soyqırımdan bəhs edir. Hansı ki, bu yaxın tarixdə Srebrenitsa qətliamı kimi tanınan müharibədə ən az 8300 bosniyalı müsəlman qətlə yetirilmişdir.

*Təəssüflə bildirməliyəm ki, bu kitaba kimi Bosniya-Serbiya-Xoratiya müharibəsi haqqında heç bir şey bilmirdim. Oxuyub bitirdikdən sonra uzun bir araşdırma etməli oldum. Tarixin belə bir səhifəsinin olması çox utandırıcıdır. More

Marc Levy “Hardasan?”

42791Fransız yazıçısı Marc Levynin “Hardasan?” kitabını Can yayınlarının nəşrində türk dilində oxuma imkanı əldə etdim. Elə yazıçının yaradıcılığı ilə də bu kitabla tanış oldum. 2014-ci ildən Azərbaycanda sevilərək oxunan yazıçı ilə yolum ancaq bu il kəsişdi. Dahasında bir neçə kitabın da oxuma şansım oldu və indən sonrada əsərlərinin mütaliəsinə zaman ayıracağımı düşünürəm.

Əsərin qısa məzmunu nəzər salsaq, əsas qəhrəmanlar olan gənc cütlük Suzan və Filipp bir-birlərini uşaqlıqdan tanıyırlar. Onlar yaxşı dost, sevgili, tanış və də fərqli həyat seçimləri olan 2 şəxsdir.  Beləki Suzan güclü uraqanların baş verdiyi Mərkəzi Amerikaya – Hondurasa bir anda həyatlarının tamamı dəyişmiş insanların yanına yola düşür. Filipp isə Manhettendə qalıb reklamçılıqda ixtisaslaşır. More

Herman Hesse “SİDDHARTHA”

Kitabın adı maraq oyatdığı üçün almaq qərarına gəlmişdim. Və sevinirəm ki, oxuduqdan sonra da mənim üçün maraqlı bir kitab oldu. Hessenin yaradıcılığının ilkin hissəsinin ümumiləşdiricisi hesab olunan bu povest Buddanın adaşının verdiyi qərar və seçdiyi yollarda özünü tapması haqqındadır. O bu günə kimi öyrəndiklərində əvvəllər öz məninə nifrət etsə də, povestin hadisələrin ortasında yanıldığını anlayır və bu dəfə Mənini kəşfə çıxır. Sonda isə artıq bütün bunların bir yalan olduğunu və hər bir şeyin sevgi adlı bir vəhdətdə birləşdiyini dərk edir. Sadə qayıqçı kimi həyatını davam edir.  More

Çingiz Mehbalıyev “Şərqdə fırtına”

Elə indicə bu kitabı oxuyub bitirdim. Qısaca qeyd edim ki, əsərdəki hadisələr Avropada yaradılacaq iqsadi böhranın müəyyən müddətdən sonra qarşısını almaq üçün “Şərqdə fırtına” planı hazırlanır və uğurla həyata keçirilir. Təəssüratlarıma gəldikdə isə yaxşı mənada təəccübləndim. Bundan əvvəl yazıçının ilk kitabın oxucusu kimi müəllifin necə inkişaf etdiyini görməmək mümkünsüzdür. Hadisələrin təsvirin bədiiliyi, obrazların xarakteristikasının cizgilərinə köçürülməsi, dialoqların daha da dolğunlaşması. Bundan əlavə kitabdakı hadisələrin təsvir edilməmişdən əvvəl yazıçının geniş həyat təcrübəsi, insan psixologiyasına bələdliliyi və son dövr baş verən hadisələrin davamlı izlənməsi ilə yanaşı araşdırma aparmış olması da diqqətdən qaçmır. Əlbətdə kitabda yaradılmış hadisələr və informasiyalarla tanış olduqda müəəllifin fantaziyasına da paxıllıq edirsən 😉  More