“Tısbağalar da uçar”/ “Turtles can fly”

 

posterƏslində planımda bu həftə ərzində baxdığım 5 film haqqında qısa məlumatlar ilə bir yazı paylaşmaq idi. Amma izlədiyim son İran filmindən sonra qərarımı dəyişdim. “Tısbağalar da uça bilər” filminin rejissoru Bahman Ghobadi İran kürdüdür. Film Səddamın devrilməsindən sonra İraqda çəkilən ilk filmdir. Hadisələr Türkiyə-İran-İraq sərhədində qaçqın düşərgəsindəki uşaqların həyatını əks etdirir.  Continue reading ““Tısbağalar da uçar”/ “Turtles can fly””

Advertisements

Fərəh Pəhləvi “Xatirələr”

kitabSon illərdə İrana yaranmış kəskin marağım növbəti kitab seçimimə də öz təsirini göstərdi. Yenicə bitirdiyim  Fərəh Pəhləvinin “Xatirələr” kitabı haqqında sizlərlə də paylaşmaq istəyirəm. Bioqrafiya, memuar və tarix sevərlər üçün çox maraqlı olacağını düşünürəm. Amma mənim kimi səhvə yol verib kitabı “Qanun” nəşri versiyasını oxumayın, hərf səhvləri, cümlə qırıqlıqları və də tərcümənin bərbadlığı yoracaq. Kitabda ən çox bəyəndiyim, daima həyatlarında olan digər obrazların kitab və ya qeydlərinə yer verilməsi oldu. Şahbanunun 65 yaşında paylaşdığı bu kitab dünya bestsellerləri arasındadır ” yıxılan rejimin və bitməyən eşqin hekayəsi” sloqanı ilə tanınır.  Continue reading “Fərəh Pəhləvi “Xatirələr””

Pərinuş Sənii “Mənim payım”

fft243_mf6061913Kitab Haqqında danışmazdan öncə bir az yazıçı Pərinuş Sənii haqqında məlumat paylaşım. İran əsilli yazıçı, psixoloq və sosioloq, Pərinuş Sənii ölkədə baş verən İslam inqilabından sonra hökümət əleyhinə yazdığı tənqidi məqalə və əsərləri ilə ölkə içində habelə onun xaricində tanınmağa müvəffəq olan fəallardan biri hesab edilir. Onun qələmə aldığı “Mənim payım” avtobiqrafik romanı İtaliyanın ən nüfuzlu “Beynəlxalq Bokkaçio” ədəbiyyat mükafatına (2000) layiq görülmüşdür.  Continue reading “Pərinuş Sənii “Mənim payım””