Carbonara soslu spagetti

Spaghetti-alla-carbonara-725x545Bu gün sizlərlə İtalyan mətbəxindən ən çox sevdiyim Carbonara soslu Spagettinin reseptin paylaşmaq istəyirəm. Bunu hazırlamaq üçün bizə lazım olacaq:

Panchetta (Əgər tapa bilməsəz bekon da istifadə edə bilərsiz), 1 yumurta və üyüdülmüş parmezan və ya grana padano pendiri. Continue reading “Carbonara soslu spagetti”

Advertisements

Kremalı göbələkli makaron

Creamy-Mushroom-PastaBugün sizərlə makaronun çox sevdiyim halını paylaşmağı qərara aldım. Son günlərdə yemək işləri mənim üstümə qalıb, artıq ardıcıl yeməyə aid II postumdur 😉

4 nəfərlik kremalı göbələkli makaronu hazırlamaq üçün 500qr penne makaron (eləcə də tagliatelle və ya farfalle makaronları krema soslu yeməklər üçün uyğundur), 300qr qaymaq, 500qr göbələk, yarım boşqab rəndələnmiş holland penderi, yarım boşqab da sadə ağ pendir. Pendirləri seçərkən çalışın xüsusi kəskin dadı və iyi olmasın. Və ən əsası duz/istiot. Continue reading “Kremalı göbələkli makaron”

Pomidor (tomat) supu

tomatosoupDadlı və sadə, sərfəli və az kalorili bir supun reseptin sizlərlə paylaşmaq istəyirəm. Pomidor supu və ya bir çox yerdə tomat supu kimi adlandırılır. Deməli hazırlayacağımız qədər pomidoru götürüb qabıqların soyuruq. Sonra isə blenderlə pasta halına gətiririk.

Ayrı bir şəkildə 1 böyük soğan (və ya 2 balaca soğan) və 2 diş sarımsağı mən blenderdən keçirdikdən sonra 1 xörək qaşığı zeytun yağında ən aşağı odda karamelizə edirəm. Amma siz öncə doğrayıb, yağda karamelizə edib sonra blendirlə pesto halına gətirə bilərsiz.  Continue reading “Pomidor (tomat) supu”

Xızır Nəbi bayramı üçün xəşil

20170210_140938.jpgBu gün keçmişdən gələn hələ də bizim nənəmizin xüsusi təmtaraqla hazırlaşdığı Xızır Nəbi bayramıdır. Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində keçirilən bu bayram üçün nənəm mütləq Xəşil hazırlayır. Nənəmin reseptinə əsasən Xəşilin necə hazırlanmasın sizlərlə də paylaşmaq istəyirəm.

Beləki ailə sayına görə su götürüb isdirik,  inanclara görə duz atan zaman peyğəmbərin adına dualar edib, arzularını deyirsən. Continue reading “Xızır Nəbi bayramı üçün xəşil”

Toyuq supu

Keçənlərdə naharımı Sumqayıtdakı restoranların birində məhz adı çəkilən yeməklə etdim və dadın çox sevdim. İnternetdə axtarışım zamanı toyuq supu üçün fərqli-fərqli reseptlər tapdım. Amma mən bu şəkildə daha çox bəyəndiyim üçün elə məhz yediyim formanın reseptin yazacam. Hətta qeyd edim ki, dadı çox xoşuma gəldiyi üçün işdən axşam evə yorğun getməmə ramən atamın köməkliyi ilə birgə hazırladıq… 🙂 Continue reading “Toyuq supu”