“Yedi güzel adam” serialı

Yedi-Güzel-AdamAdətən TRT kanalından verilən serialları bəyənmirəm və də izləmirəm. Amma bu serial bir ayrıcalıqdır. Sevdiyim formatda keçmiş və indiki zamanda olan hadisələr axını, Türkiyənin çox qarışıq 1950-80-ci illərindəki solçu-sağçı, alevi-sünni, əsgər çevrilişləri ilə yadda qalan bir tarixi və ən gözəli şerə doyacağınız ruhunuzu təzələyəcək bir serialdır. Düzdü bir az hökumət yönümlü, dəhşətli dərəcə də islam doludur Continue reading ““Yedi güzel adam” serialı”

Advertisements

Fərəh Pəhləvi “Xatirələr”

kitabSon illərdə İrana yaranmış kəskin marağım növbəti kitab seçimimə də öz təsirini göstərdi. Yenicə bitirdiyim  Fərəh Pəhləvinin “Xatirələr” kitabı haqqında sizlərlə də paylaşmaq istəyirəm. Bioqrafiya, memuar və tarix sevərlər üçün çox maraqlı olacağını düşünürəm. Amma mənim kimi səhvə yol verib kitabı “Qanun” nəşri versiyasını oxumayın, hərf səhvləri, cümlə qırıqlıqları və də tərcümənin bərbadlığı yoracaq. Kitabda ən çox bəyəndiyim, daima həyatlarında olan digər obrazların kitab və ya qeydlərinə yer verilməsi oldu. Şahbanunun 65 yaşında paylaşdığı bu kitab dünya bestsellerləri arasındadır ” yıxılan rejimin və bitməyən eşqin hekayəsi” sloqanı ilə tanınır.  Continue reading “Fərəh Pəhləvi “Xatirələr””

Ayla

ayla-810x400

Filmin posteri

Mən tarix dərsini oldum-olası heç bir zaman sevmədim, amma tarixi hekayələri, əfsanələri, onları yaşamış olan insanların xatirələri mənim üçün əsl xəzinədir. Tarix faktlar hadisələr illər toplusudur, yaşanmışlıqlar isə bizə lazım olan həqiqətlər. Çox az hallarda film izləmək üçün kinoteatra gedirəm, Ayla yuxarıda yazdığım səbəblərlə əlaqəli diqqətimi çəkdi və yolumu Nizami kinoteatrına saldım. Continue reading “Ayla”

Əsa teatrı premyera “Adamlar və siçanlar” tamaşası

25445945_1562966897121805_5469353832510491125_nBu gün ƏSA Teatrının möhtəşəm tamaşasını izlədik! Əsa Teatrı əlilliyi olan və olmayan aktyorların rol aldığı ilk İnklüziv teatrdır. O qədər təsir edici tamaşa, aktyorluq var idi ki, duyğulanmamaq mümkünsüzdü. Teatrın baş meneceri Nijat Gulama, təsiscisi və bədii rəhbəri Nihad Ari Gulamzada və direktoru Orxan Adigozelə xüsusi təşəkkürlər! Xüsusi qeyd etmək istəyirəm ki, bu gün tamaşanın baş rol aktyoru (Lenni obrazı) və rejissoru Elşən Əsgərovun  doğum günüdür. Continue reading “Əsa teatrı premyera “Adamlar və siçanlar” tamaşası”

Wowoman meeting “Heidemarie Stefanyshyn-Piper”

24993167_10212849061573143_6609843002225008112_nÇox maraqlı bir görüşdən sonrakı təəssuratlarımı bölüşmək üçün klavyatura arxasındayam. Bir az olar ki,  Wowoman Azerbaijan platformasının təşkil etdiyi,  Landmark Biznes Mərkəzindəki Nasa kosmonavtı Stefanişin-Payper Haydimari ilə görüşdən evə qayıtmışam.

Qısaca sizə onun haqqında məlumat vermək gərəkirsə Wikipedia onu – Açıq kosmosda ən çox olmuş Qadın astronavt kimi təqdim edir. Kosmosa iki dəfə 27 gün 15 saat 36 dəqiqə 02 saniyə müddətinə uçuş, 5 dəfə açıq kosmosa davamlılığı ümumi 33 saat 42 dəqiqə davam edən çıxış etmişdir. Continue reading “Wowoman meeting “Heidemarie Stefanyshyn-Piper””

Salyut -7

81xlsBELJYL._RI_Rus kino və seriallarında daha çox II Dünya müharibəsi sujetli filmlər izləməyi sevirəm. Amma bu dəfə haqqında danışacağım film “Salyut-7” kosmos haqqındadır. Facebookda online dostların izlədiyini və çox bəyəndiklərini gördükdən sonra izləmək marağı yarandı. Və izlədiyimə də dəydi deyərdim. Film 2017-ci ildə Klim Shipenko rejissorluğunda çəkilib.  Continue reading “Salyut -7”

Pərinuş Sənii “Mənim payım”

fft243_mf6061913Kitab Haqqında danışmazdan öncə bir az yazıçı Pərinuş Sənii haqqında məlumat paylaşım. İran əsilli yazıçı, psixoloq və sosioloq, Pərinuş Sənii ölkədə baş verən İslam inqilabından sonra hökümət əleyhinə yazdığı tənqidi məqalə və əsərləri ilə ölkə içində habelə onun xaricində tanınmağa müvəffəq olan fəallardan biri hesab edilir. Onun qələmə aldığı “Mənim payım” avtobiqrafik romanı İtaliyanın ən nüfuzlu “Beynəlxalq Bokkaçio” ədəbiyyat mükafatına (2000) layiq görülmüşdür.  Continue reading “Pərinuş Sənii “Mənim payım””