Səmimiyyət anlayışı və “Perfetti Sconodciuti” filmi

honestyBu gün izlədiyim “Perfetti Sconodciuti” (Perfect Strangers) filmi, bir də üzərinə oxumaqda olduğum Dosteyevskinin “Qumarbaz” kitabında qarşıma çıxan səmimiyyətindən qorxursan fikri bu yazının təkan vericiləridir. Beynimdə yaranan xaosu sizlərlə də paylaşmaq istəyirəm bu da qısaca yazının davamına ön söz olsun 😀 Continue reading “Səmimiyyət anlayışı və “Perfetti Sconodciuti” filmi”

Advertisements

E.Eriksonun inkişaf mərhələləri cizgi filmlərində

ericsonPsixologiyada inkişaf mərhələləri dedikdə Erik Eriksonun psixososial inkişaf nəzəriyyəsi daha çox ön plana çıxır. Freydin nəzəriyyəsi əsasında hazırlanmış olsa da insanın bütün ömrü boyunu əhatə etməsi və sosyal faktorun nəzərə alınmış olması bu nəzəriyyəni  bir qədər üstün edir. Beləki Eriksona görə inkişaf 8 mərhələdən ibarətdir, insan doğulduğu andan etibarən ölənə qədər proses davam edir. Bu gün sizlərlə bu nəzəriyyəni qısa formada və Disney/ Pixar studiyalarının çəkdiyi animasiyalarda necə verilməsi haqqında məlumatlar paylaşacam. Beləliklə başlayaq: Continue reading “E.Eriksonun inkişaf mərhələləri cizgi filmlərində”

La casa de papel

lacasadepapel1.jpgLa casa de papel – haqqında danışacağım bu serial uzun zamandan sonra bütün gecəni oyaq qalaraq 2 gün içində izlədiyim çox möhtəşəm yaradıcılıq nümunəsidir. Musiqiləri, rəng seçimləri və ideyası ilə hər an səni həyacanda saxlayan, bütününlə reallıqdan ayıran amma həyata dair əsl həqiqətərin mesajın verə bilən bir ekran əsəridir.  Continue reading “La casa de papel”

Bernhard Schlink “Vətənə dönüş”

bernhard-schlink“Qiraətçi” romanı ilə tanıdığım yazıçının üslubunu çox bəyəndiyim üçün satışda gördüyüm yenə II Dünya müharibəsi və 90-cı illər Almanyasından bəhs edən Bernard Şlinkin yeni kitabını gördükdə böyük gözlənti və həvəslə aldım. Amma həm tərcümənin bərbadlığı, həm də sanki yazıçının roman və ya hüquq, qanunlar, azadlıq, vətən anlayışları üzərindən fəlsəfi fikirlərini bölüşməyə çalışması çox qarışıqlıq yaratmışdır. Kitab haqqında çox uzun bir fikir bildirməyəcəm. Çünki xüsusi seçərək altından xətt çəkdiyim fikirlərdən başqa kitabdan heç bir həzz ala bilmədim. Continue reading “Bernhard Schlink “Vətənə dönüş””

N.V.Qoqol hekayələri: “Palto”, “Burun, “Bir dəlinin xatirə dəftəri”

Nikolay Vasilyeviç Qoqol – görkəmli rus yazıçısı, dramaturqu, şairi, tənqidçisi, publisisti. Rusiya və Ukrayna ədəbiyyatının klassiki hesab edilir. Rusların milli әdәbiyyatının əsasını qoyan Puşkin vә Qoqol olubdur. Bu iki müqtәdir әdibin qәlәmi sayәsindә rusların әdәbiyyatı tәbii halına vә tәbii rәnginә düşüb. Qoqol әdәbiyyatını mәişәtlәrinin güzgüsü edib, özündәn sonra gәlәnlərə düz bir yol açıb. Qoqol realist üslubun yaradıcısı vә qabaqcıl örnəyidir. Amma çar hakimiyyətinin tənqidlərinə məruz qaldıqca kilsəyə yaxınlaşmış, yaradıclığındakı ruhu itirməyə başlamışdır. 42 yaşında tutduğu kəskin orucların bədəninə vurduğu təsirlər nəticəsində həyatını itirmişdir. Və çox təəssüf ki, bir çox əsərləri kimi, “Ölü canlar” kitabının ikinci hissəsini tamamlamış amma bir keşişin sözlərini dinləyib yandırmışdır. Continue reading “N.V.Qoqol hekayələri: “Palto”, “Burun, “Bir dəlinin xatirə dəftəri””

Coco / 3D animasiya filmi

Coco posterBu gün sizlərlə “Coco” adlı animasiya filmi haqqında fikirlərimi paylaşacam. Qısa olaraq, Coco animasiya filmində əsas sujet Miguelin ayaqqabıçılıq peşəsinin ustası olan ailəsinin qadağasına baxmayaraq hardan gəldiyini bilm’diyi istedadı və sevgisi ilə musiqiçi olmaq istəməsi və hadisələrin gedişində özünü ölülər şəhərində tapmasıdır. Burda o ağlına belə gətirməyəcəyi macəralar yaşayacaq, öyrənəcəyi yeni sirr və həqiqətlər olacaq  və də yerinə yetirməsi lazım olan sözlər verəcək. Continue reading “Coco / 3D animasiya filmi”