Xızır Nəbi bayramı üçün xəşil

20170210_140938.jpgBu gün keçmişdən gələn hələ də bizim nənəmizin xüsusi təmtaraqla hazırlaşdığı Xızır Nəbi bayramıdır. Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində keçirilən bu bayram üçün nənəm mütləq Xəşil hazırlayır. Nənəmin reseptinə əsasən Xəşilin necə hazırlanmasın sizlərlə də paylaşmaq istəyirəm.

Beləki ailə sayına görə su götürüb isdirik,  inanclara görə duz atan zaman peyğəmbərin adına dualar edib, arzularını deyirsən. Unu ələkdən keçirib, suyun götürəcəyi qədər duru xəmir kimi hazırlayıb qarışdırırıq ancaq. Qarışdırmaq üçün mütləq taxta qaşıq istifadə etmək lazımdır. Normal qazda öncəsində çox qarışdırırıq, artıq bir az bərkimiş xəmir halında olanda qazanın ortasında bir dəlik açıb taxta qaşığı ortaya qoyub su tökürük. Su quruduqda qarışdırıb təkrarlayırıq prosesi. Bu hal xəşildən xəmir iyi çəkilənə kimi davam edir. Un iyi artıq olmadıqda artıq bişmiş olur. Artıq yemək üçün süfrəyə vermək üçün boşqaba doldura bilərik. Sonrasında boşqabda içində 2 dəlik açıb birinə bəkməz (doşab), digərinə isə əridilmiş kərə yağ tökürük.

Xəşili həm də yarma (qaynadılmış) ilə hazırlamaq mümkündür. Amma bayram üçün bundan əlavə olaraq süfrəyə qovurğadan qovud hazırlanır, əyirdək hazırlanır (şirni bir şeydir), qurudulmuş meyvə quruları (qaxlar) qoyulur, qovrulmuş qovurğa (içinə adətən küncüt və çətənə qatılmış şəkildə).

Nənəmin dediyinə görə onlar bu gün evlərinin bir küncünə mütləq qırmızı bağlayar və əsl bayram kimi bütün işlərinə (gəbə, xalça toxumaq kimi işlər) fasilə verilirdi. Mənim nənəm Laçının dağ kəndlərinin birindəndir, ona görə də məlumatlar və ya adətlər bir az fərqli ola bilər.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: