Toyuq supu

Keçənlərdə naharımı Sumqayıtdakı restoranların birində məhz adı çəkilən yeməklə etdim və dadın çox sevdim. İnternetdə axtarışım zamanı toyuq supu üçün fərqli-fərqli reseptlər tapdım. Amma mən bu şəkildə daha çox bəyəndiyim üçün elə məhz yediyim formanın reseptin yazacam. Hətta qeyd edim ki, dadı çox xoşuma gəldiyi üçün işdən axşam evə yorğun getməmə ramən atamın köməkliyi ilə birgə hazırladıq… 🙂

Beləliklə, bizə lazımdır:

  1. Toyuğun ağ əti – xırda kvadratlar şəklində doğrayırıq.
  2. 1 ədəd orta boy soğan- həmişəki kimi blenrdən keçiririk
  3. 2 ədəd yerkökü – təmizlədikdən sonra nazik uzunsov şəkildə doğrayırıq.
  4. 2 ədəd kartof – xırda kavadratlar şəklində doğrayırıq.
  5. Yarım stəkan düyü – yuyuruq
  6. 2 qaşıq quru yağ (duru yağdan da istifadə etmək olar. Arıqlamaq istəyənlər üçün məsləhətlidir)
  7. 1 qaşıq tomat və eləcə də bibər pastası (yay mövsümündə pasta yerinə pomidor və bibərdən istifadə etmək daha məqsədə uyğundur.
  8. Duz-istiot zövqə görə
  9. 6-7 stəkan su
  10. 3-4 dənə keşniş

Həmişəki kimi soğanı blendrdən keçirib yağda qovurduqdan sonra bibər və tomat pastasını əlavə edirik. İyləri çəkildikdən sonra toyuğun ağ ətin əlavə edib rəngi dəyişənə kimi qovururuq. Sonra 6-7 stəkan su əlavə edirik. Qaynamağa başladıqdan sonra isə kartofu, yerkökünü, düyünü əlavə edirik. Və əlbətdə ki, duz-istiotu unutmuruq. Düyü bişdikdən sonra yeməyimiz hazırdır.

Mən həmişəki kimi keşnişi süfrəyə ayrıca qabda xırda-xırda doğranmış şəkildə verməkdən yanayam. Amma istəsəz yemək bişdikdən sonra  üzərinə əlavə edib, 2-3 dəqiqədən sonra servis edə bilərsiz. Nuş olsun… 😉

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: