Yarpaq dolması

Ümumilikdə bir neçə yemək bişirmə cəhdimdən sonra qərara aldım ki, ən sevimli yeməyim olan yarpaq dolmasın hazırlayım. Bacımı da qonaq çağırdım və birgə işə girişdik. Əgər siz də hazırlamağa qərar verdizsə, sizə aşağıdakılar lazım olacaq. 

  1. Yarpaq (yay aylarında elə təzə yığılmış üzüm yarpağı lap yerinə düşürsə, qış ayları üçün saxlanmış yarpaqlar lazım olacaq)
  2. Çəkilmiş ət
  3. Düyü
  4. Soğan (onu da çəkirik)
  5. 2qaşıq duru yağ
  6. 3-4 qaşıq quru yağ
  7. Duz-istiot
  8. Nanə qurusu və ya cəfəri (mən əlavə etmirəm)

İçliyin hazırlanışı üçün yarpaq və quru yağ xaric digər adları çəkilənləri çəkib, yaxşı-yaxşı qarışdırırıq. Və içlik hazırdır. Bundan sonra yaydan saxlanılma yarpaqları qaynayan suda bir az saxlayıb götürürük. Sonra yarpaqları açıb damarları görünən üzünə içlikdən əlavə edib bükürük. Bu bir az uzun çəkən və darıxdırıcı prosesdir mənə görə.

Hər nə isə, artıq bükülmüş dolmalarımız hazır olduqdan sonra onları müəyyən saylarla iynə vasitəsilə sapa keçiririk. Məqsəd bişmə zamanı əzilməsini və dağılmasını əngəlləməkdir. Son olaraq isə qazanın dibinə qalan yarpaqlardan 1-2 dənə yerləşdirib, sapdakı dolmaları qoyuruq. Üzərinə 3-4 qaşıq quru yağ, dolmaların üzərinə çıxacaq miqdarda su və zövqə görə azca duz əlavə edib bişməyə qoyuruq. Unutmadan dolmaların üzərinə bütün prosesi yerinə yetirdikdən sonra qazanın ölçüsünə uyğun olaraq bir boşqab da yerləşdirin. Hə, bir də, 2-3 dolmanı sapsız şəkildə qazana yerləşdirin ki, yeməyin bişib-bişməməyin yoxlaya biləsiz. Bişməyə qoyduqda gur qazda olmalıdır, su qaynadıqdan sonra isə vam qaz olmalıdır.

Yeməyin suyu tamam azaldıqda bişmiş sayılır. Bəzən müəyyən qədər sulu da saxlamaq olar. Amma dolmaya baxın ki, düyü bişmiş olsun. Süfrəyə isə sarımçaq qatıqla birgə verilir. Əlbətdə sarımçaqdan imtina da etmək olar.

P.S.: yeməyi ümumi və ya fərdi boşqabalara çəkərkən dolmaları sapdan azad etməyi unutmayın. Nuş olsun… 😉

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: