Toyuq sousu

Bu yemək mənə görə ən asan hazırlanan yeməklər siyahısındadır. Sadəcə hazırlanışı üçün bizə aşağıdakılar lazımdır:

  1. Toyuq
  2. Kartof
  3. Tomat pastası
  4. Bibər pastası
  5. Soğan
  6. 1 qaşıq quru yağ (duru yağdan da istifadə mümkündür. Və əsas da arıqlamaq istəyənlər üçün məsləhətlidir)
  7. Su

Beləlikdə mən soğanın yeməkdə hiss olunmasın sevmədiyim üçün onu blendrdən keçirib yağda bişirirəm. Bişirmək sözü yerinə düşmədi, daha məqsədə uyğun yəqinki, “soğanı öldürmək” demək olar. Nə isə bu prosesi sona çatdırdıqdan sonra, bibər və tomat pastasın əlavə edib, iyin çəkilməsini gözləyirik. Ardınca isə toyuğu əlavə edib, bir az rəngi ağarana kimi qovururuq. Sonra su əlavə edib, qaynayan zaman kartofları əlavə edirik. Əlbətdəki duz-istiotu da zövqə görə.

Bu dəfə heç bir şeyin ölçüsün yazmamağıma səbəb mənim məhz bu yeməkdə kortofun çox, suyun az və toyuğun ağ ətindən istifadə kaprizlərimdir. Unutmadan qeyd edim ki, çox adam yemək bişənə yaxın (bu isə kartofların artıq bişmiş olması deməkdir) keşniş doğrayıb əlavə edir. Elə bunu da mən bu formada sevmirəm, yalnız süfrəyə gələndə xırda-xırda doğranmış keşnişi ayrıca qabda verməyi üstün tuturam. Və zövqə görə yeməyin üzərinə əlavə edilə bilər.

Bəli, çox uzun yazı olsa da, çox asandır hazırlamaq 😉 Nuş olsun…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: