Herman Hesse “SİDDHARTHA”

Kitabın adı maraq oyatdığı üçün almaq qərarına gəlmişdim. Və sevinirəm ki, oxuduqdan sonra da mənim üçün maraqlı bir kitab oldu. Hessenin yaradıcılığının ilkin hissəsinin ümumiləşdiricisi hesab olunan bu povest Buddanın adaşının verdiyi qərar və seçdiyi yollarda özünü tapması haqqındadır. O bu günə kimi öyrəndiklərində əvvəllər öz məninə nifrət etsə də, povestin hadisələrin ortasında yanıldığını anlayır və bu dəfə Mənini kəşfə çıxır. Sonda isə artıq bütün bunların bir yalan olduğunu və hər bir şeyin sevgi adlı bir vəhdətdə birləşdiyini dərk edir. Sadə qayıqçı kimi həyatını davam edir. 

Kitabın sonunda isə əsər boyu qarşımıza çıxan bir çox anlayışların izahı var və oxucunun bir çox məqamlarda əlindən tutur. Bu qeyd isə məncə diqqətə layiqdir: “Siddhartha- real Hautama Buddanın adı. Burda hər kəsin Budda, Mükəmməl ola bilməsinə işarə edir.”

Ümumilikdə götürəndə bircə məqam bu əsəri mənim üçün dəyərli edir. Bu hissə Siddharthanın qayıqçı kimi həyatını davam etdiyi və müdrik kimi tanındığı zaman dostu ilə yenidən görüşməsidir. Bu zaman onlar arasında dialoqlar bütün kitabın əsas məğzin izah edir. Bir hissəni paylaşıram:

“-Bu daşı görürsən?-o, daşı ovcunun içində fırladaraq dedi. -Nə vaxtsa o, torpağa çevriləcək, sonra bitkiyə, ya da hansısa heyvana, ola bilsin insana. Əvvəllər deyərdim: <Bu, olsa-olsa daşdır və heç bir qiyməti yoxdur, Mayya dünyasına aiddir, yalnız çevrilmələrin birində dönüb insan olanda ona hörmət edəcəm.> Əvvəllər belə fikirləşirdim. Amma bu gün tam əksini düşünürəm: bu, həm daş, həm heyvan, həm Allah, həm də Buddadır və onu nə vaxtsa hansısa birinə çevriləcəyinə görə sevmirəm, o, artıq var və əbədidir. Bəli, o daşdır və mən onu daş olduğuna görə sevirəm…”

Əsəri 10 ballıq sistemdə 7 bal ilə qiymətləndirdim. İndi isə kitabdam özüm üçün seçdiyim qeydlərlə tanış ola bilərsiz… 😉

  • Sevgini dilənmək, almaq, hədiyyə etmək olar, amma oğurlamaq qeyri-mümkündür.
  • Heç nə olmayıb, heç nə olmayacaq, hər şey var və yalnız indi mövcuddur.
  • Məgər bütün iztirab və qorxuların səbəbi zaman deyilmi və əgər şüurda vaxt deyilən anlama qalib gəlmək mümkün olarsa, dünyada ədavət deyə bir şey qalarmı?
  • Bunların hamısı- arzu və istəklər, məqsəd bə iztirablar həyatın nəğməsi idi.
  • Qaranlıq işıqdan qorxan tək mərhəm məna da sözdən qorxur.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: