Ezo-gəlin supu

Hələlik hazırladıqlarım arasında bütün ailə üzvlərimin yeganə bəyəndiyi yemək budur. Türk kulinariyasının populyar yeməkləri siyahısında yer alan bu sup “sadə Ezo-gəlin çorbası” adlanır. Bunu hazırlamaq üçün bizə aşağıdakılar lazımdır: 

  1. Qırmızı mərci 1 stəkan
  2. Bulqur 1 stəkan
  3. 1 yemək qaşığı bibər pastası
  4. 1 yemək qaşığı tomat pastası
  5. 1 soğan
  6. 1 qaşıq quru yağ (mən kərə yağı istifadə etdim)
  7. 6-7 stəkan su
  8. Son olaraq isə duz və istiot zövqə görə

Hazırlanmasına soğanı xırda-xırda doğrayıb yağda rəngi dəyişənə kimi qovururuq. Sonra bibər və tomat pastasını əlavə edib qovurmağa davam edirik. Mərcini yuyub, bulqurla birlikdə üzərinə əlavə edib, onlar bişənə kimi gözləyirik. Və hazırdır, süfrəyə verə bilərsiz. Əlavə olaraq qeyd edim ki, üzərinə nanə qurusu səpərək yeyəndə dadı daha xüsusi olur. Nuş olsun… 😉 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: