Çingiz Mehbalıyev “Şərqdə fırtına”

Elə indicə bu kitabı oxuyub bitirdim. Qısaca qeyd edim ki, əsərdəki hadisələr Avropada yaradılacaq iqsadi böhranın müəyyən müddətdən sonra qarşısını almaq üçün “Şərqdə fırtına” planı hazırlanır və uğurla həyata keçirilir. Təəssüratlarıma gəldikdə isə yaxşı mənada təəccübləndim. Bundan əvvəl yazıçının ilk kitabın oxucusu kimi müəllifin necə inkişaf etdiyini görməmək mümkünsüzdür. Hadisələrin təsvirin bədiiliyi, obrazların xarakteristikasının cizgilərinə köçürülməsi, dialoqların daha da dolğunlaşması. Bundan əlavə kitabdakı hadisələrin təsvir edilməmişdən əvvəl yazıçının geniş həyat təcrübəsi, insan psixologiyasına bələdliliyi və son dövr baş verən hadisələrin davamlı izlənməsi ilə yanaşı araşdırma aparmış olması da diqqətdən qaçmır. Əlbətdə kitabda yaradılmış hadisələr və informasiyalarla tanış olduqda müəəllifin fantaziyasına da paxıllıq edirsən 😉 

Amma kitab da çoxlu hərf səhvlərinin olması insanı yorur. Bəzən sözlərin tam mənasını da itirirsən. Əlbətdə bu korrektor və ya nəşriyyatın səhvi ola bilər amma əsərdə 2 yerdə məhz müəllifin diqqətsizliyi görünür.

  1.  Səhifə 100-də əsərin əsas obrazlarından biri olan Abdulun yuxusun qatdığı bölmədədir. Mətni olduğu kimi yazıram: “-Uşaq yuxudan oyandılar deyəsən… Get, gör hansıdır. Sakitləşdir onu.” Əsərin əvvəlində Abdulun yalnız 1 uşağı təsvir edilir. İndən sonra da ailədə uşaqların sayının dəyişməyəcəyi vurğulanır. Eləcə də bundan sonrakı hadisələr zamanı da yenidən 1 uşaq yalnız Xədicə təsvir olunur. Birinci cümləni umumi səhv kimi götürmək mümkün olsa da “hansıdır” yol verilməzdir mənə görə.
  2. Digər bir səhv isə səhifə 184-də Abdulun şəhər icra hakiminə rüşvət təklif etməsi zamanıdır. Məmurun qəbzə əlavə bir sıfır yazmasına təəccübünü göstərmək üçün yazılmış hissədə Abdulun adı əsərin digər bir qəhramanı Markın adı ilə əvəz olunur.

Necə deyirlər rəssamların fikri həmişə başqa bir yerdədir. Elə bu səbəbdən dolayı yəqin ki, bu səhvlər bir qədər əhəmiyyətsiz qalır. Mütləq qeyd etməliyəm ki, son dövrlərdə oxuduğum Azərbaycan yazarlarının əsərləri  arasında mənə daha çox xoş təsir bağışladı. Əsəri oxuduqda hətta bir neçə dəfə bunu bizim yazarın yazmağına inamsızlıq etdim və oğurluq olduğun fikirləşdim.  Bəzən isə əsər mənim sosial mediada siyasətlə bağlı, əsas etibarilə də “ərəb baharı” ilə bağlı paylaşdığım fikirləri dəyərsizləşdirdi.

İndi isə buyurub kitabdan seçdiyim maraqlı fikirlərlə tanış ola bilərsiz:

  • Gözəllik odur ki, ona baxdıqca daxilində nəyinsə dəyişdiyini hiss edəsən.
  • Böyük məqsədlərə çatmağın maneəsi olmur, bəhanəsi olur!
  • Hadisələrin səbəbini sən dəyiş, nəticələr özü dəyişəcək.
  • Arzulara doğru bircə addım iş görmək, min səhifəlik tədbirlər planından üstündür.
  • Şərəfini və namusunu satdınsa… Hər nə qədər “baha” satdınsa, yenə də ucuz satdın!
  • Siyasət də elə budur: sən nələri itirəcəyini yaxşı bilirsən, amma nələri qazanacağına təminat verən yoxdur.
  • Kollektiv qərar vermək məsuliyyətdən qaçmağın ən qısa yoludur.
  • Rüşvət snayperdən daha dəqiq silahdır, yetər ki, onu lazımı adama tuşlayasan.
  • Tanrı hər bir insanı fərd yaradıb. Cəmiyyət isə insanları bir-birinə oxşar etməyə çalışır.

Sonda kitab üçün yazıçıya təşəkkürümü bildirir və yaradıcılığında uğurlar arzulayıram.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: