Fasilə

Bu ili özüm üçün uzun bir fasilə elan etdim. Bu haqda yalnızca dostum Nasi ilə danışmışdım. Bu günə kimi baxça, məktəb, universitet ardıcıl heç bir ara olmadan gedib. İndi isə maqistr və iş başlamalı idi ailəmə görə. Amma mən artıq bundan boğuldum və özümü üçün zamana ehtiyacım olduöu qərarına gəldim. Və uzun müddət işlədiyim QHT-dən ayrıldım, Türkiyə səfərindən sonra isə ətrafımdan kənarlaşdım, evdən ayrıldım, işsiz-gücsüz bağ evində yaşamağa başladım. Qəribədir bu dövrdə həm də özümdən, öz zövqümdən kənarlaşdım. Məsələn, sevdiyim mp3-ləri bir kənara qoyub yeni musiqilər kəşfinə çıxdım. Baxdığım TV verlişlərini dəyişdim. Hər gün yeni bir filmə baxmağa start verdim. Kitab oxumağı bir az azaltdım, bədii kitabları motivasiya və elmi kitablara dəyişdim. Hətta mənə yad olan bir şeyləri etməyə başladım. Məsələn yemək hazırlamaq, tikmə biçmə öyrənmək üçün kursa yazıldım. İngilis dilin kənara qoyub fransız dilin öyrənməyə başladım. Və boş zamanlarımı dəyərləndirmək üçün internet axtarışına çıxdım. Gülləri sevməsəm də dibçək güllərinə qulluğa və bağçılıqla məşğul olmağa başladım.

Fasiləmin hardasa sonuna yaxınlaşıram. Qəribə olsa da bu fasilədən belə yorulmuşam və dünyaya qoşulmağa tələsirəm. İndi bu zaman arasında yaşadıqlarımın bir hissəsin bu blogumda paylaşacam. İndi daha bilirəm ki, həyatda belə fasilələr mütləqdir! Özünü tanımaq, kəşf etmək, yeniliklərə açıq olmaq üçün…

P.S.: Yayda hətda telefonumun zəngini də dəyişmişdim. Sizə adi bir şey kimi gəlı bilər amma bunca zamandan sonra yenidən əvvəlki zənginə qayıtmaq qənaətinə gələn biri üçün böyük addımdır… 😉

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: