N.V.Qoqol hekayələri: “Palto”, “Burun, “Bir dəlinin xatirə dəftəri”

Nikolay Vasilyeviç Qoqol – görkəmli rus yazıçısı, dramaturqu, şairi, tənqidçisi, publisisti. Rusiya və Ukrayna ədəbiyyatının klassiki hesab edilir. Rusların milli әdәbiyyatının əsasını qoyan Puşkin vә Qoqol olubdur. Bu iki müqtәdir әdibin qәlәmi sayәsindә rusların әdәbiyyatı tәbii halına vә tәbii rәnginә düşüb. Qoqol әdәbiyyatını mәişәtlәrinin güzgüsü edib, özündәn sonra gәlәnlərə düz bir yol açıb. Qoqol realist üslubun yaradıcısı vә qabaqcıl örnəyidir. Amma çar hakimiyyətinin tənqidlərinə məruz qaldıqca kilsəyə yaxınlaşmış, yaradıclığındakı ruhu itirməyə başlamışdır. 42 yaşında tutduğu kəskin orucların bədəninə vurduğu təsirlər nəticəsində həyatını itirmişdir. Və çox təəssüf ki, bir çox əsərləri kimi, “Ölü canlar” kitabının ikinci hissəsini tamamlamış amma bir keşişin sözlərini dinləyib yandırmışdır. More

Advertisements

Coco / 3D animasiya filmi

Coco posterBu gün sizlərlə “Coco” adlı animasiya filmi haqqında fikirlərimi paylaşacam. Qısa olaraq, Coco animasiya filmində əsas sujet Miguelin ayaqqabıçılıq peşəsinin ustası olan ailəsinin qadağasına baxmayaraq hardan gəldiyini bilm’diyi istedadı və sevgisi ilə musiqiçi olmaq istəməsi və hadisələrin gedişində özünü ölülər şəhərində tapmasıdır. Burda o ağlına belə gətirməyəcəyi macəralar yaşayacaq, öyrənəcəyi yeni sirr və həqiqətlər olacaq  və də yerinə yetirməsi lazım olan sözlər verəcək. More

Gənclər günü

genclerYaşamın, həyatımızın elə bir dövrü var ki, bütün çılğınlıqları sığdırdığımız, enerjimizin ümid dolu olduğu, dünyayı dəyişdirə biləcək gücümüz və içimizi dolduran sevgimiz olduğu. Gənclik dəyişimdir, gənclik yenilikdir, gənclik ümiddir, gənclik təcrübələr-ideyalar və unutmayacağımız macəralardır. More

“Grey`s anatomy” serialı

greysanatomyBu gün haqqında danışacağım “Grey`s anatomy” serialını illərdir çox sevərək izləyirəm. Rejissorluğu Shonda Rhimes etdiyi serialın məqsədi dünyamızda işləyən, gözəl karyerası olan qadınların yaşadıqları, arzuları və qurban verdiklərini çatdırmaqdır. Serial bir klinikada işləyən həkimlərin hər birinin həyatını göstərir. 14-cü sezonu hazırda çəkilən bu serial dostluğu, sevgini, işə bağlılığı hər şeyi qadınların baxış bucağından bizlərə çatdırmağı hədəfləyir və deyərdim ki, bacarır da.  More

“Kış uykusu”, “Üç maymun” Nuri Bilge Ceylan

nuribilgeceylanBu gün dünyaca məhşur türk rejissor Nuri Bilge Ceylanın ad günü olduğunu öyrəndim. Onu həm də fotoqraf kimi tanıdım. Və xatırladım ki, bu günə kimi yaradıcılığından 2 film izləmiş olsam da heç biri haqqında blog yazmamışam. Elə isə bu günün də yazı mövzusu aydınlaştı. Amma qısaca bir az bu fərqli, yaradıcılığını rus klassiklərinin əsintiləri dolduran rejissor haqqında məlumat verim. 2014-cü ildə bu gün haqqında söz açacağım “Qış yuxusu” filmi Kannda “Qızıl Palma” mükafatı qazanıb. Yaradıcılığının özəlliklərindən biri də filmlərində dialoqlar demək olar ki, sıfırdır. Əsasən aktyor oyunu, hadisələr, səhnələr və yüngül ahəng vurulmuş detallar çatdırmaq istədiyini rəsmləndirir. More

Kremalı göbələkli makaron

Creamy-Mushroom-PastaBugün sizərlə makaronun çox sevdiyim halını paylaşmağı qərara aldım. Son günlərdə yemək işləri mənim üstümə qalıb, artıq ardıcıl yeməyə aid II postumdur 😉

4 nəfərlik kremalı göbələkli makaronu hazırlamaq üçün 500qr penne makaron (eləcə də tagliatelle və ya farfalle makaronları krema soslu yeməklər üçün uyğundur), 300qr qaymaq, 500qr göbələk, yarım boşqab rəndələnmiş holland penderi, yarım boşqab da sadə ağ pendir. Pendirləri seçərkən çalışın xüsusi kəskin dadı və iyi olmasın. Və ən əsası duz/istiot. More

Pomidor (tomat) supu

tomatosoupDadlı və sadə, sərfəli və az kalorili bir supun reseptin sizlərlə paylaşmaq istəyirəm. Pomidor supu və ya bir çox yerdə tomat supu kimi adlandırılır. Deməli hazırlayacağımız qədər pomidoru götürüb qabıqların soyuruq. Sonra isə blenderlə pasta halına gətiririk.

Ayrı bir şəkildə 1 böyük soğan (və ya 2 balaca soğan) və 2 diş sarımsağı mən blenderdən keçirdikdən sonra 1 xörək qaşığı zeytun yağında ən aşağı odda karamelizə edirəm. Amma siz öncə doğrayıb, yağda karamelizə edib sonra blendirlə pesto halına gətirə bilərsiz.  More

Previous Older Entries